Xırdalanda səkkizinci mərtəbədən yıxılan qadın xilas edilib - VİDEO
Abşeron rayonu, Xırdalan şəhərində Mehdi Hüseynzadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında özünü təhlükəli vəziyyətə salmış qadın xilas edilib Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal hadi

Abşeron rayonu, Xırdalan şəhərində Mehdi Hüseynzadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında özünü təhlükəli vəziyyətə salmış qadın xilas edilib Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal hadisə yerinə cəlb olunub Məlum olub ki, 1999-cu il təvəllüdlü qadın 12 mərtəbəli binanın səkkizinci mərtəbəsində camaşırxana asarkən müvazinətini itirib. Nəticədə o, yıxılaraq beşinci mərtəbənin eyvanının dəmir barmaqlıqlarından asılıb. Qadın son dərəcə təhlükəli vəziyyətdə idi və hər an düşə bilərdi Xilasedicilər xüsusi avadanlıqlar vasitəsilə manqalın metal barmaqlıqlarını kəsib və zərərçəkmişi təhlükəsiz şəkildə xilas ediblər Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


