Tenqri
Ana Səhifə
Dünya

Bakıda Klassik və Sürətli Avtomobillər Festivalının birinci günü başa çatıb - FOTO - VİDEO

İyunun 6-da Bakıda Classics & Supercars festivalı başlayıb Day.Az xəbər verir ki, Dənizkənarı Milli Parkda iki gün davam edəcək festival Azərbaycan Avtomobil Federasiyası (AAF) və Nazar Holdings tərəfindən birgə təşkil olunub İki gün ərzində Bakı bulvarında klassik avtomobillər, superkarlar və id

0 baxışday.az
Bakıda Klassik və Sürətli Avtomobillər Festivalının birinci günü başa çatıb - FOTO - VİDEO
Paylaş:

İyunun 6-da Bakıda Classics & Supercars festivalı başlayıb Day.Az xəbər verir ki, Dənizkənarı Milli Parkda iki gün davam edəcək festival Azərbaycan Avtomobil Federasiyası (AAF) və Nazar Holdings tərəfindən birgə təşkil olunub İki gün ərzində Bakı bulvarında klassik avtomobillər, superkarlar və idman avtomobillərinin sərgisi təqdim olunacaq Sərgidə Azərbaycan Avtomobil Federasiyasının avtomobil kolleksiyası, eləcə də tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçmiş avtomobil sahiblərinin avtomobilləri təqdim olunur Festivalda təqdim olunan klassik avtomobillər 1986-cı ildən əvvəl istehsal olunmuş avtomobillərdir. Klassik avtomobillər avtomobil sənayesinin tarixini və inkişafını əks etdirən nadir texnologiya nümunələridir. Bu avtomobillər kolleksiyaçılar və avtomobil həvəskarları tərəfindən diqqətlə qorunur, bərpa olunur və nümayiş etdirilir Festivalda köhnə avtomobillərlə yanaşı, güclü mühərrikləri və müasir texnologiyaları ilə seçilən müxtəlif növ sportkarlar və superkarlar təqdim olunur Festivalın ziyarətçiləri həm yüksək sürət və innovativ texnologiyalarla səciyyələnən müasir avtomobillərlə, həm də tarixi və incə dizaynı ilə dəyəri müəyyən edilən köhnə avtomobillərlə tanış olmaq imkanı əldə edirlər Festival iyunun 7-də saat 11:00-dan 16:00-dək davam edəcək Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

Kaynak: news.day.az

Diğer Haberler