Bakıda avtobus sürücüsünü vuran taksi sürücüsü saxlanılıb
Ötən gün Bakının Yasamal rayonu Cəfər Cabbarlı küçəsində taksi sürücüsü ilə avtobus sürücüsü arasında insident baş verib “Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisəyə səbəb “BakuBus” MMC-nin sürücüsünün sərnişin götürmə və endirmə zonasında dayanan taksi maşınına verdiyi səs siqnalı olub Bundan

Ötən gün Bakının Yasamal rayonu Cəfər Cabbarlı küçəsində taksi sürücüsü ilə avtobus sürücüsü arasında insident baş verib “Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisəyə səbəb “BakuBus” MMC-nin sürücüsünün sərnişin götürmə və endirmə zonasında dayanan taksi maşınına verdiyi səs siqnalı olub Bundan sonra BYD markalı avtomobili idarə edən taksi sürücüsü maşından düşərək aqressiya nümayiş etdirərək avtobus sürücüsünü yumruqla vurub Nəticədə “BYD” markalı avtomobili idarə edən vətəndaş 1985-ci il təvəllüdlü Zabit Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb Onun barəsində qanun çərçivəsində tədbirlər görülür


