WUF13 öncəsi yekun ictimai proqram Bakıda baş tutub - FOTO / Yenilənib
Bakıda Ümumdünya Şəhər İnkişafı Forumunun 13-cü sessiyası haqqında paytaxt sakinlərinin və qonaqlarının məlumatlandırılması məqsədilə təşkil olunan WUF13 festivalı keçirilib "Report"un məlumatına görə, bu barədə "WUF13 Azerbaijan" Əməliyyat Şirkəti məlumat yayıb “İctimai proqram çərçivəsində inte

Bakıda Ümumdünya Şəhər İnkişafı Forumunun 13-cü sessiyası haqqında paytaxt sakinlərinin və qonaqlarının məlumatlandırılması məqsədilə təşkil olunan WUF13 festivalı keçirilib "Report"un məlumatına görə, bu barədə "WUF13 Azerbaijan" Əməliyyat Şirkəti məlumat yayıb “İctimai proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə davamlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri mövzuları geniş auditoriyaya təqdim edilib”, - deyə məlumatda bildirilir Bildirilir ki, Primorski Milli Parkının ərazisindəki Saat Qülləsində 30 mindən çox insanın iştirakı ilə keçirilən interaktiv proqram çərçivəsində WUF13 və şəhərsalma mövzusuna aid məsələlər üzrə viktorinalar təşkil olunub. Düzgün cavab verən iştirakçılara hədiyyələr verilib Bakıda keçirilən ictimai proqramın ölkənin müxtəlif şəhərlərində təşkil olunan WUF13 festivalının silsilə tədbirlərinin yekun mərhələsi olduğu vurğulanır Primorski bulvarında, Saat Qülləsi Meydanının yaxınlığında, Ümumdünya Şəhər Forumunun (WUF13) qarşıdan gələn 13-cü sessiyasına həsr olunmuş genişmiqyaslı ictimai proqram baş tutub “Report” xəbər verir ki, tədbir Azərbaycanın regionlarını əhatə edən geniş maarifləndirici kampaniyanın yekun nöqtəsi olub WUF13 Əməliyyat Şirkətinin Məzmun və Media ilə Əlaqələr üzrə Baş Meneceri Eldar Rəsulov qeyd edib ki, forumda əsas müzakirə mövzusu urbanizasiyanın çağırışları olacaq, çünki yaxın gələcəkdə planet əhalisinin üçdə ikisi şəhərlərdə cəmləşəcək Onun sözlərinə görə, artıq 180 ölkədən 32 mindən çox insan forumda iştirak etmək üçün qeydiyyatdan keçib Eldar Rəsulov onu da bildirib ki, ictimaiyyəti məlumatlandırmaq məqsədilə əvvəllər də Quba, Lənkəran, Qəbələ, Şəki, Mingəçevir, Gəncə, Xankəndi və Sumqayıtda belə festivallar keçirilib və bu tədbirlərdə iştirak edənlərin sayı 90 min nəfərə yaxın olub Bakıda keçirilən axşam proqramı Azərbaycanın tanınmış incəsənət ustalarının iştirakı ilə keçirilən konsertlə başa çatıb Mayın 17-dən 22-dək Azərbaycanın paytaxtında Ümumdünya Şəhər Forumu (WUF13) keçiriləcək


