Bakıda “Qızıl Şah” VI Milli Kulinariya Çempionatı keçirilir
31-ci Beynəlxalq Qida Sənayesi Sərgisi (InterFood Azerbaijan) çərçivəsində “Qızıl Şah” Milli Kulinariya Çempionatı başlayıb. Dörd gün davam edəcək çempionat Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası (ACSA) tərəfindən Dövlət Turizm Agentliyinin dəstəyi və Azərbaycan Milli Kulinariya Mərkəzin

31-ci Beynəlxalq Qida Sənayesi Sərgisi (InterFood Azerbaijan) çərçivəsində “Qızıl Şah” Milli Kulinariya Çempionatı başlayıb. Dörd gün davam edəcək çempionat Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası (ACSA) tərəfindən Dövlət Turizm Agentliyinin dəstəyi və Azərbaycan Milli Kulinariya Mərkəzinin Ümumdünya Aşpaz İcmaları Assosiasiyasının (Wordlchefs) tərəfdaşlığı ilə təşkil olunur Çempionatın əsas məqsədi qastronomiyanın inkişafına, o cümlədən qastroturizmin potensialının genişləndirilməsinə, qaliblərin beynəlxalq müsabiqələrdə iştirakına, əcnəbi aşpazlarla təlim keçməklə onların kulinariya bacarıqlarının inkişaf etdirilməsinə, eləcə də dünyanın hər yerindən gələn aşpazlardan milli mətbəximizin xörəklərinin hazırlanma üsullarının öyrənilməsinə və ölkəmizin ümumi mənzərəsini təmin etməkdən ibarətdir Çempionatın proqramına aşpazlar üçün fərdi kateqoriyalar, şirniyyat sənəti, komanda yarışları və gənclər (junior) kateqoriyaları daxildir. Bu il çempionatda innovasiyalara, davamlı inkişafa və milli kulinariya ənənələrinin müasir beynəlxalq tendensiyalara inteqrasiyasına xüsusi diqqət yetirilir. Yarışda Türkiyə, Qazaxıstan, Özbəkistan, Pakistan, Serbiya, Rusiya, Belarus, Xorvatiya, Rumıniya və Ukrayna komandaları iştirak edir “Qızıl Şah” çempionatının münsiflər heyətinə ABŞ, Böyük Britaniya, İsveç, İtaliya, Almaniya və digər ölkələrdən “Worldchefs” tərəfindən lisenziya almış beynəlxalq aşpazlar daxildir 2019-cu ildən davam edən çempionatda həm yerli, həm də beynəlxalq aşpazlar müxtəlif yarış kateqoriyalarında həm fərdi, həm də komandalar şəklində yarışır. "Qızıl Şah" Milli Kulinariya Çempionatı 2024-cü ildən Wordlchefs ilə birgə təşkil edilən "Qızıl Şah" aşpazlarının qitə çempionatına ev sahibliyi etmək hüququ əldə edib. Wordlchefs tərəfindən rəsmi olaraq tanınan ilk yerli çempionat olan Qızıl Şah Milli Kulinariya Çempionatı indi digər ölkələrin komandalarını qəbul etmək imkanı qazanıb. Bundan əlavə, beynəlxalq tanınma nəticəsində müsabiqənin qaydaları təkmilləşdirilərək münsiflər heyətinə daha yüksək səviyyəli hakimlər daxil edilib Qızıl Şah Çempionatı yeni kulinariya istedadlarının üzə çıxarılması, təcrübə mübadiləsi və Azərbaycanın qastronomiya mədəniyyətinin beynəlxalq səviyyədə təbliği üçün mühüm platforma kimi inkişaf etməkdə davam edir


