Tenqri
Ana Səhifə
Dünya

Bakıda yağış yağacaq - PROQNOZ

İyunun 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir Day.Az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı, şimşək çaxacağı ehtimalı var Gün ərzində havanın dəyişkən buludlu olacağı, əsasən

0 baxışday.az
Bakıda yağış yağacaq - PROQNOZ
Paylaş:

İyunun 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir Day.Az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı, şimşək çaxacağı ehtimalı var Gün ərzində havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək Havanın temperaturu gecə 16-19° isti, gündüz 22-27° isti təşkil edəcək. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80 faiz, gündüz 55-60 faiz təşkil edəcək Azərbaycanın rayonlarında da arabir yağıntı gözlənilir. Bəzi yerlərdə qısamüddətli intensiv yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Gecə bəzi yerlərdə yağıntılar intensivləşə bilər. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi arabir güclənəcək Havanın temperaturu gecə 15-20° isti, gündüz 23-28° isti təşkil edəcək. Dağlarda gecə 5-10, gündüz 13-18, bəzi yerlərdə 20-25 dərəcəyədək isti olacağı gözlənilir Qeyd edək ki, hazırkı hava ilə Weather.day.az saytında tanış olmaq olar Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

Kaynak: news.day.az

Diğer Haberler