Bakıda kibertəhlükəsizlik sahəsində əsas çağırışlar müzakirə edilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyası, Azərbaycan Texniki Universiteti (ATU) və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AOKA) birgə

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyası, Azərbaycan Texniki Universiteti (ATU) və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AOKA) birgə təşkilatçılığı ilə “Kibertəhlükəsizliyin aktual problemləri” mövzusunda respublika elmi-praktik konfransı keçirilib Day.Az xəbər verir ki, tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev qeyd edib ki, rəqəmsallaşma, innovasiyalar, süni intellekt və kibertəhlükəsizlik ölkəmizin gələcək inkişafında əsas prioritetlər kimi müəyyən edilir Məruzədə həmçinin qeyd olunub ki, Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqəti və bilavasitə rəhbərliyi sayəsində dövlət idarəçiliyində rəqəmsal transformasiya daha da dərinləşir, müvafiq sahənin strateji əhəmiyyəti gücləndirilir, kadr hazırlığı elmi potensialla dəstəklənir, kiber suverenliyin təmin edilməsi istiqamətində tədbirlər ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov rəqəmsal texnologiyaların milli təhlükəsizlik və iqtisadi dayanıqlılıqda strateji roluna toxunaraq, ali təhsil müəssisələrində müasir kurikulumların hazırlanmasının zamanın tələbi olduğunu, konfransın əməkdaşlığa mühüm töhfə verəcəyini qeyd edib Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin birinci müavini Yaşar Amaşov diqqətə çatdırıb ki, kibercinayətkarlığın qarşısının alınması və mühüm informasiya infrastrukturunun etibarlı mühafizəsi dövlət təhlükəsizliyinin prioritet sahəsidir Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov yeni kiber risklərdən danışaraq qeyd edib ki, rəqəmsal sübutların düzgün əldə edilməsi cinayətlərin açılmasında həlledici rol oynayır Tədbirdə ATU-nun rektoru Vilayət Vəliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov, Milli Müdafiə Universitetinin rektor müavini Arif Həsənov, AOKA-nın icraçı direktoru Rauf Cabbarov və Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də iştirak ediblər. Dövlət informasiya sistemlərinin qorunması və rəqəmsal cinayətkarlıqla mübarizə üçün elm və təhsil müəssisələrinin, eləcə də aidiyyəti dövlət orqanlarının birgə fəaliyyətinin zəruriliyi vurğulanıb Konfrans öz işini seksiya iclasları formatında davam etdirib Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

