Tenqri
Ana Səhifə
İqtisadiyyat

Azərbaycan AYİB Rəhbərlər Şurasının Plenar İclasında iştirak edir

BAKI, Azərbaycan, 7 iyun. İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Riqada keçirilən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Rəhbərlər Şurasının plenar iclasında iştirak edib Sessiyada AYİB-in 2025-ci il üzrə İllik İcmalı, 2026–2030-cu illər üçün Strateji və Kapital Çərçivəsi, 202

0 baxıştrend.az
Azərbaycan AYİB Rəhbərlər Şurasının Plenar İclasında iştirak edir
Paylaş:

BAKI, Azərbaycan, 7 iyun. İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Riqada keçirilən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Rəhbərlər Şurasının plenar iclasında iştirak edib Sessiyada AYİB-in 2025-ci il üzrə İllik İcmalı, 2026–2030-cu illər üçün Strateji və Kapital Çərçivəsi, 2023-cü il kapitalının artırılması ilə bağlı öhdəliklərin icrası ilə bağlı hesabat, strategiyanın icra planı, həmçinin Bankın institusional fəaliyyəti və maliyyə hesabatları nəzərdən keçirilib. İştirakçılar AYİB-in gələcək prioritetlərini, dayanıqlı iqtisadi artımın təşviqi, yaşıl və rəqəmsal transformasiya, özəl sektorun inkişafı, iqtisadi dayanıqlığın gücləndirilməsi, insan kapitalına investisiyalar və regional əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər Elnur Əliyev “Münaqişələrdən təsirlənmiş iqtisadiyyatların dəstəklənməsində AYİB-in rolu” adlı dəyirmi masada da çıxış edib. Çıxışları zamanı o, münaqişələrin iqtisadiyyatlara, investisiyalara və regional əlaqələrə təsirini vurğuladı. O qeyd edib ki, bərpa səyləri infrastrukturun yenidən qurulmasından kənara çıxır və həmçinin iqtisadi fəaliyyətin canlandırılmasını, özəl sektorun dəstəklənməsini və uzunmüddətli dayanıqlığın təmin edilməsini nəzərdə tutur İştirakçılara Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma və reinteqrasiya prosesi, infrastrukturun inkişafı, məşğulluğun təşviqi, kiçik və orta sahibkarlığa dəstək, regional əlaqələrin gücləndirilməsinə yönəlmiş tədbirlər haqqında məlumat verilib Qeyd olunub ki, AYİB özəl sərmayələri cəlb etmək, idarəetməni təkmilləşdirmək, enerji təhlükəsizliyini artırmaq, nəqliyyat və regional əlaqə layihələrini dəstəkləməklə münaqişələrdən təsirlənmiş iqtisadiyyatların inkişafına mühüm töhfə verə bilər

Kaynak: trend.az

Diğer Haberler