Tenqri
Ana Səhifə
Dünya

Bakı hava limanında sərnişinlər artıq əl yükündən maye çıxarmayacaqlar

Sərnişinlərin təhlükəsizliyini daha da artırmaq və yoxlama prosesini sürətləndirmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında yeni nəsil texnologiya tətbiq edilib Bu barədə "Report"un sorğusuna cavab olaraq hava limanından məlumat verilib Məlumata görə, modernləşdirmə çərçivəs

0 baxışcaliber.az
Bakı hava limanında sərnişinlər artıq əl yükündən maye çıxarmayacaqlar
Paylaş:

Sərnişinlərin təhlükəsizliyini daha da artırmaq və yoxlama prosesini sürətləndirmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında yeni nəsil texnologiya tətbiq edilib Bu barədə "Report"un sorğusuna cavab olaraq hava limanından məlumat verilib Məlumata görə, modernləşdirmə çərçivəsində terminal sərnişinlərin yoxlanılması üçün millimetr dalğa texnologiyasına əsaslanan Rohde & Schwarz QPS201 skanerləri, eləcə də əl yükünün yoxlanılması üçün yeni nəsil kompüter tomoqrafiyası (KT) skanerləri ilə təchiz edilib Rohde & Schwarz QPS201 sistemləri sərnişinlərin yola düşmədən əvvəl daha sürətli və dəqiq yoxlanılmasını təmin edir Avtomatik təhlükə aşkarlanması potensial riskləri müəyyən etməyi asanlaşdırır və əlavə əl yoxlamalarını azaldır Öz növbəsində, KT skanerlərindən istifadə üçölçülü təsvir əsasında əl yükünün təhlilini təmin edir. Yeni sistem sayəsində sərnişinlər əl yükündən elektron cihazları və mayeləri çıxarmadan təhlükəsizlik yoxlamasından keçə bilərlər ki, bu da sərnişinlərin daha sürətli yoxlanılmasına və daha səmərəli idarə olunmasına imkan yaradır Layihə ACI Europe, ICAO və TSA tərəfindən müəyyən edilmiş beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun həyata keçirilir

Kaynak: caliber.az

Diğer Haberler