Azərbaycanda I və IV qruplar üzrə qəbul imtahanları keçirilib
Azərbaycan Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə həm DT, həm də TK altqruplarını seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı keçirib Day.Az DİM-ə istinadən xəbər verir ki, imtahan Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron

Azərbaycan Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə həm DT, həm də TK altqruplarını seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı keçirib Day.Az DİM-ə istinadən xəbər verir ki, imtahan Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Quba, Sabirabad, Cəlilabad və digər şəhərlərdə təşkil olunub İmtahanın keçirildiyi şəhər və rayonlarda ümumilikdə 212 imtahan binası və 3803 imtahan binası ayrılıb. İmtahanların keçirilməsinə 212 baş imtahan rəhbəri, 605 imtahan rəhbəri, 4716 müşahidəçi, 673 giriş-çıxışa nəzarət məmuru, 212 bina nümayəndəsi cəlb edilib İlkin məlumata görə, 10 nəfərdə mobil telefon aşkarlanıb və imtahandan kənarlaşdırılıb. Bundan əlavə, smart saat aşkar edildiyi üçün 1 müşahidəçi imtahandan kənarlaşdırılıb İmtahanda 51 690 abituriyentin iştirakı gözlənilirdi Bu gün saat 15:00-da Dövlət Təhsil Mərkəzinin Youtube kanalında canlı yayımda imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı ətraflı izahat veriləcək, qapalı və açıq tipli kodlu tapşırıqların düzgün cavabları təqdim olunacaq İyunun 8-dən etibarən DİM imtahan protokollarının və materiallarının işlənməsinə başlayacaq. İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt apardığından nəticələrin elanı 2 həftəyə planlaşdırılır Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


