Tenqri
Ana Səhifə
Dünya

Özbəkistanın aviaşirkəti Qazaxıstana yeni uçuş marşrutu açır

BAKI, Azərbaycan, 12 iyun. Özbəkistanın “My Freighter” (Centrum Air) aviaşirkəti Qazaxıstana yeni uçuş marşrutu açmağı planlaşdırır. Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb Nazirlikdən verilən məlumata görə, aviaşirkət iyunun 13-dən Daşkənd-Kostanay marşrutu üzrə uçuşlar həyata keçi

0 baxıştrend.az
Özbəkistanın aviaşirkəti Qazaxıstana yeni uçuş marşrutu açır
Paylaş:

BAKI, Azərbaycan, 12 iyun. Özbəkistanın “My Freighter” (Centrum Air) aviaşirkəti Qazaxıstana yeni uçuş marşrutu açmağı planlaşdırır. Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb Nazirlikdən verilən məlumata görə, aviaşirkət iyunun 13-dən Daşkənd-Kostanay marşrutu üzrə uçuşlar həyata keçirəcək. Uçuşlar həftədə bir dəfə, şənbə günləri Airbus A320 təyyarələri ilə həyata keçiriləcək “Qazaxıstan və Özbəkistan arasında hava əlaqəsinin işə salınması iki ölkə arasında ticarət, iqtisadi, biznes, investisiya, turizm və mədəni əməkdaşlığın daha da inkişafına töhfə verəcək”, - nazirlik bildirib 2025-ci il avqustun 14-də Qazaxıstan və Özbəkistanın aviasiya hakimiyyətləri arasında danışıqlar aparılıb və bu danışıqlar zamanı tərəflər iki ölkə arasında beynəlxalq uçuşların həyata keçirilməsi üçün hüquqi bazanın daha da genişləndirilməsi barədə razılığa gəliblər Bundan əlavə, nazirlik bu gün elan edib ki, iyunun 12-dən etibarən FlyOne Ermənistan Qazaxıstanın hava nəqliyyatı bazarına daxil olacaq Aviaşirkət İrəvan-Almatı marşrutu üzrə həftədə iki reys tezliyi ilə bazar ertəsi və cümə günləri həyata keçiriləcək birbaşa müntəzəm sərnişin reyslərinə başlayacaq. Nəticədə Qazaxıstan və Ermənistan arasında uçuşların ümumi sayı həftədə üçdən beşə qədər artacaq

Kaynak: trend.az

Diğer Haberler