Özbəkistan ikinci məşq oyununda Hollandiyaya qalib gəlib
Futbol üzrə Özbəkistan yığması iyunun 8-dən 9-na keçən gecə Hollandiya yığması ilə ikinci məşq oyununa çıxıb. Özbəkistan 2:1 hesabı ilə qalib gəlib Qarşılıqlı razılaşma əsasında əsas oyundan sonra bağlı qapılar arxasında keçirilən qarşılaşma hər hissə 30 dəqiqə davam edib Özbəkistanın qollarını A

Futbol üzrə Özbəkistan yığması iyunun 8-dən 9-na keçən gecə Hollandiya yığması ilə ikinci məşq oyununa çıxıb. Özbəkistan 2:1 hesabı ilə qalib gəlib Qarşılıqlı razılaşma əsasında əsas oyundan sonra bağlı qapılar arxasında keçirilən qarşılaşma hər hissə 30 dəqiqə davam edib Özbəkistanın qollarını Azizbek Omonov və Avazbek Olmasaliyev vurub İki milli komandanın əsas qarşılaşması avropalıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hollandiyalılar əvvəlcə bir neçə təhlükəli hücum yaratsalar da, şanslarını çevirə bilmədilər. Lakin 32-ci dəqiqədə Hollandiyaya Dünyagir Orozovun faulundan sonra penalti təyin olundu və Kodi Qakpo onu çevirərək hesabı açıb İkinci hissəyə əlavə olunmuş vaxtda 90+2-ci dəqiqədə İqor Sergeyev hesabı bərabərləşdirib. Lakin matçın sonlarına yaxın 90+8-ci dəqiqədə Qakpo dublunu tamamlayaraq komandasının qələbəsini təmin edib


