Moskva metrosunda zibil videosu çəkən özbək bloger saxlanılıb (video)
Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk bildirib ki, Moskva metrosunda təxribat xarakterli videolar çəkərək sosial şəbəkələrdə yerləşdirən özbək bloger polis tərəfindən saxlanılıb Daxili İşlər Nazirliyinin yaydığı videoda bloqer sorğu-sual zamanı "Burda buna icazə verilmədiyini bilmird

Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk bildirib ki, Moskva metrosunda təxribat xarakterli videolar çəkərək sosial şəbəkələrdə yerləşdirən özbək bloger polis tərəfindən saxlanılıb Daxili İşlər Nazirliyinin yaydığı videoda bloqer sorğu-sual zamanı "Burda buna icazə verilmədiyini bilmirdim. Məni bağışlayın" deyib Nazirliyin mətbuat xidmətinin məlumatına görə, bloger məzmun yaratmaq üçün bilərəkdən Moskvaya gedib. O, metro sərnişinlərini münaqişəyə sövq edib, onların reaksiyalarını lentə alıb və daha sonra videoları internetdə yerləşdirib Bloqqer Rusiyanı tərk etmək istəyərkən hava limanında saxlanılıb. Polis yoxlamalar aparır və onların nəticələrinə əsasən prosessual qərar veriləcək Daha əvvəl ictimaiyyət arasında “Saturn” kimi tanınan özbək pop-MMA döyüşçüsü Oqabek Abdumuminov sosial şəbəkədəki səhifəsində paylaşdığı videoya görə cərimələnib


