Uğurcan Çakırdan "Trabzonspor"a sensasion istinad
Mövsümün əvvəlində "Trabzonspor"dan tarixi transfer qarşılığında "Qalatasaray"a transfer olunan Uğurcan Çakır sarı-qırmızılılarla ilk Super Liqa çempionluğunu qazanıb. Milli qolkiper çempionatdan sonra paylaşım edərək böyük təsir bağışlayıb Sosial media hesablarında paylaşım edən Uğurcan Çakır "Çem

Mövsümün əvvəlində "Trabzonspor"dan tarixi transfer qarşılığında "Qalatasaray"a transfer olunan Uğurcan Çakır sarı-qırmızılılarla ilk Super Liqa çempionluğunu qazanıb. Milli qolkiper çempionatdan sonra paylaşım edərək böyük təsir bağışlayıb Sosial media hesablarında paylaşım edən Uğurcan Çakır "Çempion Qalatasaray" yazıb və sarı-qırmızı ürək emojisi əlavə edib. Təcrübəli qolkiperin istifadə etdiyi görüntüdə onun çempionluq kubokunun yanında əlcəklərini qoyduğu görünüb. Bu görüntü Trabzonsporun aylar əvvəl etdiyi yazıya istinad kimi qəbul edilib "Qalatasaray"ın Çempionlar Liqasında "Ayntraxt Frankfurt"a 5:1 hesabı ilə uduzduğu matçdan sonra "Trabzonspor" liqada Qaziantep FK ilə matçla bağlı paylaşım edib və zibil qutusunun yanında qapıçı əlcəyi şəklini istifadə edib. Bordo-mavililərin bu paylaşımı Uğurcan Çakıra istinad kimi şərh edilib


