Nottingem Forest məğlubiyyəti unudub
İngiltərə Premyer Liqasının 36-cı həftəsində “Nottingem Forest” və “Nyukasl Yunayted” komandaları üz-üzə gəlib. "City Ground"da keçirilən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb “Nyukasl Yunayted” 74-cü dəqiqədə Harvi Barneslə 1-0 önə keçdiyi halda, “Nottingem Forest” bu qola 88-ci dəqiqədə Elli

İngiltərə Premyer Liqasının 36-cı həftəsində “Nottingem Forest” və “Nyukasl Yunayted” komandaları üz-üzə gəlib. "City Ground"da keçirilən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb “Nyukasl Yunayted” 74-cü dəqiqədə Harvi Barneslə 1-0 önə keçdiyi halda, “Nottingem Forest” bu qola 88-ci dəqiqədə Elliott Andersonla cavab verib. Matçın qalan hissəsində başqa qol olmayıb Bu nəticə ilə "Nottingem Forest" liqadakı məğlubiyyətsizlik seriyasını 8 matça yüksəldib və xallarını 43-ə yüksəldib. "Nyukasl Yunayted" xallarını 46-ya yüksəldib. Liqanın növbəti oyun həftəsində “Nottingem Forest” səfərdə “Mançester Yunayted”lə qarşılaşacaq. "Nyukasl Yunayted" doğma meydanda "Vest Hem"i qəbul edəcək


