Azov dənizində ölən və yaralanan azərbaycanlılarla bağlı məlumatlar yenilənib
İyunun 5-də Azov dənizində pilotsuz təyyarələrin endirilməsi nəticəsində “Natra” və “Zirkon” yük gəmilərinin göyərtəsində həlak olan və yaralanan Azərbaycan Respublikası vətəndaşlarının sayı və şəxsiyyəti dəqiqləşdirilib Day.Az Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, yenilənmiş məlumata

İyunun 5-də Azov dənizində pilotsuz təyyarələrin endirilməsi nəticəsində “Natra” və “Zirkon” yük gəmilərinin göyərtəsində həlak olan və yaralanan Azərbaycan Respublikası vətəndaşlarının sayı və şəxsiyyəti dəqiqləşdirilib Day.Az Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, yenilənmiş məlumata görə, gəmilərdə olan 25 Azərbaycan vətəndaşından 4-ü yaralanıb, daha 4-ü həlak olub O da müəyyən edilib ki, daha əvvəl öldüyü barədə məlumat yayılan zərərçəkənlərdən biri Azərbaycan vətəndaşı və Azərbaycan əsilli şəxsdir. Onun Rusiya vətəndaşı olduğu üzə çıxıb Bildirilir ki, ölən Azərbaycan vətəndaşları 1976-cı il təvəllüdlü Rəcəb Əhədov və 1997-ci il təvəllüdlü Məhəmməd Əliyevin meyitləri aşkarlanıb. Meyitlərin Azərbaycana göndərilməsi üçün tədbirlər görülür "Qeyd edirik ki, ekipajında daha iki Azərbaycan vətəndaşının da olduğu, əvvəllər öldüyü elan edilmiş "Zirkon” gəmisi partlayış təhlükəsi səbəbindən hadisə yerindədir. Rusiya xilasediciləri gəminin limana çəkilməsi üçün təhlükəsizlik tədbirləri görür. İki vətəndaşın taleyi ilə bağlı dəqiq məlumatı yalnız axtarış-xilasetmə əməliyyatları başa çatdıqdan sonra vermək olar Yeysk şəhər xəstəxanasına yerləşdirilən zərərçəkənlər 1998-ci il təvəllüdlü Samid İbadzadə və Rəşad Mədətxanov artıq evə buraxılıblar. 2002-ci il təvəllüdlü Emin Valehov və 1999-cu il təvəllüdlü Namiq Cəfərlinin də vəziyyəti yaxşıdır və müalicələri başa çatdıqdan sonra evə buraxılacaqlar Rusiyadakı səfirliyimizin nümayəndələri hadisə yerindədir və vətəndaşlarımıza lazımi dəstəyin göstərilməsi üçün tədbirlər görülür. Bütün vətəndaşlarımız Yeiskdə mehmanxanada yerləşdirilir və ailələri ilə əlaqə saxlayırlar. Vətənə qayıtmaq niyyətində olan və sənədləri itirilən vətəndaşlara müvafiq qayıdış şəhadətnaməsi verilib Bir daha həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - deyə idarənin açıqlamasında bildirilir Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


