Tenqri
Ana Səhifə
İqtisadiyyat

ABŞ-İran sülh ümidləri neft bazarlarını sarsıdacaq və kəskin qiymət enişinə səbəb olacaq

BAKI, Azərbaycan, 15 iyun. ABŞ və İran arasında potensial sülh sazişi ilə bağlı məlumatın yayılması qlobal enerji bazarlarında əhəmiyyətli dəyişkənliyə səbəb olub Birja məlumatlarına görə, neft qiymətləri investorların Yaxın Şərqdə geosiyasi gərginliyin azaldılması ilə bağlı artan gözləntiləri fon

0 baxıştrend.az
ABŞ-İran sülh ümidləri neft bazarlarını sarsıdacaq və kəskin qiymət enişinə səbəb olacaq
Paylaş:

BAKI, Azərbaycan, 15 iyun. ABŞ və İran arasında potensial sülh sazişi ilə bağlı məlumatın yayılması qlobal enerji bazarlarında əhəmiyyətli dəyişkənliyə səbəb olub Birja məlumatlarına görə, neft qiymətləri investorların Yaxın Şərqdə geosiyasi gərginliyin azaldılması ilə bağlı artan gözləntiləri fonunda kəskin şəkildə azalıb Saat 10:40-a (GMT+4), Londonun ICE birjasında Brent markalı neftin avqust fyuçersləri 4,09 dollar və ya 4,68% ucuzlaşaraq 83,24 dollar/barel olub. Əvvəlki ticarət sessiyasında Brent markalı neft 3,05 dollar və ya 3,37% ucuzlaşaraq 87,33 dollar olub Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı neftin iyul fyuçersləri 4,27 dollar və ya 5,03% ucuzlaşaraq 80,61 dollar/barelə bərabər olub. Əvvəlki sessiyada WTI 2,83 dollar və ya 3,23% azalaraq 84,88 dollar olub Ekspertlərin fikrincə, bazara əsas təzyiq ABŞ və İran arasında münasibətlərin normallaşacağına dair xəbərlərdir. Analitiklər hesab edirlər ki, tərəflər arasında mümkün razılaşma əldə olunarsa, İran neftinin daha böyük həcmdə beynəlxalq bazara qayıtması mümkün olacaq. Bu, qlobal təklifin artmasına və qiymətlərin azalmasına səbəb olur Eyni zamanda Hörmüz boğazının yenidən tam fəaliyyətə başlayacağı xəbəri də bazarda çaxnaşmanı azaldıb. Bu amil həm də enerji bazarlarında risklərin azalması kimi qiymətləndirilir Neftin qiyməti son günlər Yaxın Şərqdə artan hərbi və siyasi gərginlik səbəbindən sürətlə artıb. Lakin Vaşinqton və Tehran arasında diplomatik kanalların aktivləşməsi ilə bazarlarda vəziyyət əks istiqamətdə dəyişməyə başlayıb Azərbaycanın "AzeriLight" markalı neftin İtaliyanın Augusta limanında CIF (Cost, Insurance, and Freight) əsasında qiyməti iyunun 13-də əvvəlki səviyyədən 6,35 dollar və ya 6,57% azalaraq 90,5 dollar/barel təşkil edib Azərbaycanın 2026-cı il dövlət büdcəsi neftin orta qiymətinin 65 dollar/barel olması əsasında hazırlanıb

Kaynak: trend.az

Diğer Haberler