Tenqri
Ana Səhifə
İqtisadiyyat

Moody's ABB Bankın reytinqini yüksək səviyyədə təsdiqləyir

Beynəlxalq reytinq agentliyi Moody's ABB Bankın reytinqlərini nəzərdən keçirərək Bankın uzunmüddətli depozit reytinqini Ba1 səviyyəsində təsdiqləyib. Reytinq üzrə proqnoz “stabil” kimi qiymətləndirilib Moody's həmçinin Bankın Əsas Kredit Qiymətləndirilməsini (BCA) Ba2 səviyyəsində, onun uzunmüddətl

0 baxıştrend.az
Moody's ABB Bankın reytinqini yüksək səviyyədə təsdiqləyir
Paylaş:

Beynəlxalq reytinq agentliyi Moody's ABB Bankın reytinqlərini nəzərdən keçirərək Bankın uzunmüddətli depozit reytinqini Ba1 səviyyəsində təsdiqləyib. Reytinq üzrə proqnoz “stabil” kimi qiymətləndirilib Moody's həmçinin Bankın Əsas Kredit Qiymətləndirilməsini (BCA) Ba2 səviyyəsində, onun uzunmüddətli xarici və yerli valyutada Qarşı Tərəf Risk Reytinqlərini (CRRs) Baa3 səviyyəsində və Qarşı Tərəf Riskinin Qiymətləndirilməsini (CR Qiymətləndirilməsi) Baa3 səviyyəsində təsdiqləyib Moody's-ə görə, bu yüksək reytinqlər ABB Bankın Azərbaycanın ən böyük dövlət bankı kimi güclü bazar mövqeyi, eləcə də rəqabət qabiliyyəti və davamlı gəlirliliyi ilə dəstəklənir Bank güclü kapital adekvatlığı və likvidlik göstəricilərini qoruyur, eyni zamanda onun aktivlərinin əhəmiyyətli hissəsi yüksək keyfiyyətli maliyyə alətlərinə yatırılır. Bank ABB hazırkı reytinq səviyyəsini dəstəkləyən maliyyə göstəriciləri ilə Azərbaycanın bank sektorunda lider mövqeyini saxlamaqda davam edir Moody's həmçinin ABB Bankın Özbəkistanda fəaliyyət göstərən özəl bank olan Davr Bankın nəzarət paketini almaq niyyətini qeyd edib. Agentlik Davr Bankdakı payın ABB Bankın aktivlərinin təxminən 12%-nə bərabər olacağını bildirdi Qeyd edək ki, ötən ilin iyul ayından etibarən saxlanılan Ba1 reytinqi Moody's tərəfindən ABB Banka verilən ən yüksək reytinqdir ABB Bankın müasir, faydalı və universal məhsul və xidmətləri haqqında məlumatı Bankın filial və ofislərində, abb-bank.az rəsmi internet saytından, 937 nömrəli Məlumat Mərkəzindən, habelə Bankın rəsmi korporativ sosial media səhifələrindən əldə etmək olar

Kaynak: trend.az

Diğer Haberler