ABŞ İranın dəniz blokadası çərçivəsində 70-dən çox ticarət gəmisini yönləndirir
BAKI, Azərbaycan, 16 may. İranın blokadasına başlayandan bəri ABŞ hərbçiləri tərəfindən yönləndirilən gəmilərin sayı 78-ə çatıb. Bu barədə ABŞ Mərkəzi Komandanlığının X səhifəsində məlumat verilib "78 kommersiya gəmisi yönləndirilib, 4-ü isə uyğunluğu təmin etmək üçün sıradan çıxarılıb", - məlumat
BAKI, Azərbaycan, 16 may. İranın blokadasına başlayandan bəri ABŞ hərbçiləri tərəfindən yönləndirilən gəmilərin sayı 78-ə çatıb. Bu barədə ABŞ Mərkəzi Komandanlığının X səhifəsində məlumat verilib "78 kommersiya gəmisi yönləndirilib, 4-ü isə uyğunluğu təmin etmək üçün sıradan çıxarılıb", - məlumatda deyilir Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Tehran da daxil olmaqla ölkənin ən böyük şəhərlərinə zərbələr endirilib. Ağ Ev hücumu İslam Respublikasından gələn raket və nüvə təhlükələri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin Ali Rəhbəri Ayətullah Əli Xamenei və rəhbərliyin bir neçə əsas siması öldürülüb. İran İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı keçirdiyini açıqlayıb. İran həmçinin ABŞ-ın Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə alıb Münaqişə regionun enerji infrastrukturunu və dəniz gəmiçiliyini ciddi təhlükə altında qoyub. Hörmüz boğazında təhlükəsizlik gərginliyi səbəbindən qlobal neft qiymətləri artıb Pakistanın vasitəçiliyi ilə aprelin 7-də tərəflər arasında iki həftəlik atəşkəs razılaşması əldə edilib. Aprelin 11-də İslamabadda keçirilən ABŞ-İran danışıqları razılıq əldə olunmadan başa çatıb

