Tenqri
Ana Səhifə
Dünya

UNEC ilə İCMA arasında əməkdaşlıq memorandumu imzalanıb

İyunun 3-də İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) üzvü olan 30-a yaxın sahibkarın iştirakı ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) universitet-biznes əməkdaşlığı çərçivəsində görüş keçirilib UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdən öncə sahibkarlar üçün infotur təşk

0 baxışazertag.az
UNEC ilə İCMA arasında əməkdaşlıq memorandumu imzalanıb
Paylaş:

İyunun 3-də İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) üzvü olan 30-a yaxın sahibkarın iştirakı ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) universitet-biznes əməkdaşlığı çərçivəsində görüş keçirilib UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdən öncə sahibkarlar üçün infotur təşkil olunub. Onlar UNEC-in infrastrukturu, texniki və texnoloji laboratoriyaları, auditoriyaları, Dizayn Məktəbinin tələbələrinin əl işləri ilə tanış olublar. Sonra universitet-biznes əməkdaşlığının inkişaf perspektivlərinə həsr olunmuş görüş keçirilib Tədbirdə çıxış edən UNEC-in rektoru professor Ədalət Muradov universitetdə həyata keçirilən yeniliklərdən və gələcək hədəflərdən danışıb. Rektor, həmçinin universitetlə iş dünyası arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. O qeyd edib ki, əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığı universitet və işəgötürənlərin qarşılıqlı tərəfdaşlığı şəraitində daha uğurla həyata keçirilə bilər İCMA-nın İdarə Heyətinin sədri və “Marsol Group”un təsisçisi Tural Mustafayev təhsil sektoru ilə əməkdaşlığın biznes mühitinin inkişafındakı rolundan danışıb. O, tələbələrin təhsil müddətindən başlayaraq biznes dünyasına hazırlanmasını hədəfləyən, İCMA və “Marsol Academy” tərəfindən həyata keçirilən “Təhsildən biznesə karyera yolu” layihəsi haqqında məlumat verib Görüş zamanı ali təhsil müəssisələri ilə biznes sektoru arasında əməkdaşlıq imkanları, tələbələrin peşəkar inkişafı və əmək bazarına inteqrasiyası istiqamətində fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb Tədbirin sonunda İCMA ilə UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum təhsil və biznes arasında əlaqələrin daha da gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, tələbələrin təcrübə və karyera imkanlarının genişləndirilməsi istiqamətində əməkdaşlığın inkişafını nəzərdə tutur 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler