Tenqri
Ana Səhifə
Dünya

Ulu Öndərin dövlətçilik məktəbi gələcək nəsillər üçün örnəkdir ŞƏRH

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ölkəmizdə böyük ehtiram, sonsuz minnətdarlıq və dərin hörmət hissi ilə qeyd edilir. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyev öz müdrik siyasəti, zəngin dövlətçilik təcrübəsi

0 baxışazertag.az
Ulu Öndərin dövlətçilik məktəbi gələcək nəsillər üçün örnəkdir ŞƏRH
Paylaş:

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ölkəmizdə böyük ehtiram, sonsuz minnətdarlıq və dərin hörmət hissi ilə qeyd edilir. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyev öz müdrik siyasəti, zəngin dövlətçilik təcrübəsi və xalqına sonsuz bağlılığı ilə tariximizdə silinməz iz qoymuş dahi şəxsiyyətdir Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib Onun sözlərinə görə, Heydər Əliyevin həyat yolu Azərbaycan xalqına xidmət nümunəsidir. O, fəaliyyət göstərdiyi bütün dövrlərdə milli maraqları hər şeydən üstün tutub, xalqın rifahı, dövlətin güclənməsi və Azərbaycanın beynəlxalq aləmdə layiqli yer tutması naminə yorulmadan çalışıb. Onun rəhbərliyi dövründə Azərbaycan iqtisadiyyatında, sənayedə, kənd təsərrüfatında, elm, təhsil və mədəniyyət sahələrində böyük yüksəliş baş verib, respublikamız keçmiş ittifaq məkanında qabaqcıl yerlərdən birini tutub “Hələ 1969-cu ildə Azərbaycan rəhbərliyinə gələn Heydər Əliyev qısa müddət ərzində respublikada intizamı, idarəçilik sistemini və inkişaf strategiyasını tamamilə yeniləmişdi. Məhz onun təşəbbüsü ilə minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilmiş, milli kadr potensialının formalaşmasına xüsusi diqqət yetirilirdi. Bu gün Azərbaycanın müxtəlif sahələrdə qazandığı uğurların əsasında həmin dövrdə yaradılmış möhkəm təməl dayanır Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə yaranmış ağır siyasi böhran, iqtisadi çətinliklər və vətəndaş qarşıdurması dövlətçiliyimizi ciddi təhlükə ilə üz-üzə qoymuşdu. Belə mürəkkəb və taleyüklü bir zamanda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəmizi parçalanmaq təhlükəsindən xilas etdi. 1993-cü ildən başlayaraq Azərbaycanda sabitlik bərpa olundu, dövlət quruculuğu prosesi gücləndirildi, qanunçuluq təmin edildi və inkişaf strategiyasının əsası qoyuldu”, - deyə deputat vurğulayıb Cavanşir Paşazadə bildirib ki, Ulu Öndərin həyata keçirdiyi neft strategiyası Azərbaycanın gələcək inkişafında mühüm rol oynadı. “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmizin iqtisadi imkanları genişləndi, xarici investisiyalar cəlb edildi və Azərbaycan beynəlxalq enerji layihələrinin əsas iştirakçılarından birinə çevrildi. Bu siyasət sonrakı illərdə ölkəmizin iqtisadi qüdrətinin artmasına, insanların sosial rifahının yüksəlməsinə və Azərbaycanın regionda lider dövlətə çevrilməsinə zəmin yaratdı “Heydər Əliyev yalnız siyasi lider deyil, eyni zamanda, milli-mənəvi dəyərlərimizin qoruyucusu idi. O, azərbaycançılıq ideologiyasını dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirib, milli birlik və həmrəyliyin möhkəmlənməsinə xüsusi önəm verirdi. Ana dilimizin, mədəniyyətimizin, ədəbiyyatımızın və milli kimliyimizin qorunması və inkişafı istiqamətində həyata keçirdiyi siyasət bu gün də böyük əhəmiyyət daşıyır. Bu gün isə Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin siyasi kursu uğurla davam etdirilir. Azərbaycanın qazandığı böyük nailiyyətlər, ölkənin iqtisadi inkişafı, beynəlxalq nüfuzunun artması və xüsusilə tarixi Zəfər nəticəsində ərazi bütövlüyümüzün bərpa olunması Heydər Əliyev ideyalarının təntənəsidir. Müasir Azərbaycan məhz Ulu Öndərin müəyyən etdiyi inkişaf yolu ilə inamla irəliləyir Heydər Əliyev Azərbaycan xalqının qəlbində daim yaşayır. Onun həyat və fəaliyyəti gələcək nəsillər üçün böyük dövlətçilik məktəbi, Vətənə sədaqət nümunəsidir. Ulu Öndərin əziz xatirəsi hər zaman dərin ehtiramla yad edilir və onun zəngin siyasi irsi müstəqil Azərbaycanın daha da güclənməsinə xidmət edir. Ümummilli Liderin ruhu qarşısında ehtiramla baş əyir, onun əziz xatirəsini dərin hörmət və minnətdarlıq hissi ilə anırıq”, - deyə Milli Məclisin deputatı əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler