Ukraynanın Ankaradakı səfiri Cəlal Adana valisi Yavuz ilə görüşüb - QHA - Krım Xəbər Agentliyi
Ukraynanın Ankaradakı səfiri Nəriman Cəlal işgüzar səfəri çərçivəsində Adanada görüşlər keçirib. Səfir Cəlal səfərinin ilk dayanacağında Adana valisi Mustafa Yavuz ilə görüşüb Görüş zamanı Ukrayna və Türkiyə arasında regional əməkdaşlığın inkişafı, yerli iş dünyasının Ukraynanın yenidənqurma layih

Ukraynanın Ankaradakı səfiri Nəriman Cəlal işgüzar səfəri çərçivəsində Adanada görüşlər keçirib. Səfir Cəlal səfərinin ilk dayanacağında Adana valisi Mustafa Yavuz ilə görüşüb Görüş zamanı Ukrayna və Türkiyə arasında regional əməkdaşlığın inkişafı, yerli iş dünyasının Ukraynanın yenidənqurma layihələrində iştirakı, Ukraynaya humanitar dəstəyin artırılması və Ukrayna Prezidenti Vladimir Zelenskinin xanımı Yelena Zelenskanın himayəsi ilə həyata keçirilən mədəni təşəbbüslər müzakirə edilib Tərəflər, həmçinin iki ölkə arasında iqtisadi və mədəni əlaqələrin möhkəmləndirilməsi üçün mümkün əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar Ukraynanın Ankaradakı səfirliyindən verilən açıqlamada Adana valisi Yavuz konstruktiv dialoqa, dəstəyinə və gələcək əməkdaşlığa hazır yanaşmasına görə təşəkkür edilib

