Tenqri
Ana Səhifə
Dünya

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı siyasi hadisədən daha çox qlobal hadisə idi. Heydər Əliyevin dönüşü ilə son zamanlar ümid və qeyri-müəyyənlik arasında tərəddüd edən bir dövlətin yenidən qurulması prosesinin başlanğıcı qoyuldu. İlk olaraq, siyasi parçalanmanın təhlükəli prosesləri dayandır

0 baxışazertag.az
Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu
Paylaş:

Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı siyasi hadisədən daha çox qlobal hadisə idi. Heydər Əliyevin dönüşü ilə son zamanlar ümid və qeyri-müəyyənlik arasında tərəddüd edən bir dövlətin yenidən qurulması prosesinin başlanğıcı qoyuldu. İlk olaraq, siyasi parçalanmanın təhlükəli prosesləri dayandırıldı, mərkəzi hakimiyyət gücləndirildi və dövlət institutlarının fəaliyyəti üçün şərait yaradıldı AZƏRTAC xəbər verir ki, bu fikri ukraynalı filosof Oleq Tulyakov Azərbaycanın Xarkovdakı Fəxri konsulluğunun rəsmi saytındakı məqaləsində söyləyib “Daha vacib olan Qarabağda hərbi qarşıdurmanın aktiv mərhələsinin başa çatması idi. 1994-cü ilin mayında atəşkəs əldə edildi. Bu, ölkənin bərpa və inkişafa diqqət yetirməsinə imkan verdi. Bəzən tarix təkcə mübarizə aparmaq üçün cəsarət deyil, həm də gələcək, vaxt qazanmaq üçün müdriklik tələb edir. 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması müasir Azərbaycan tarixində xüsusi yer tutur. Azərbaycan həm qonşu ölkələrlə, həm də aparıcı qlobal güc mərkəzləri ilə münasibətlər quraraq beynəlxalq arenada getdikcə daha inamla özünü təsdiqləyirdi. Bu strategiyanın əsas elementi onun çoxvektorlu yanaşması - geosiyasi maraqların mürəkkəb dünyasında öz kimliyini qorumaq istəyi idi. Eyni zamanda, Silahlı Qüvvələr gücləndirilir, dövlət idarəetmə sistemi modernləşdirilir, təhsil, elm və mədəniyyət inkişaf etdirilirdi. Bu, təkcə böhranın nəticələrinin aradan qaldırılması ilə bağlı deyildi. Onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu”, - deyə Oleq Tulyakov əlavə edib Oleq Tulyakov məqaləsində yazır ki, Ulu Öndərin rəhbərliyi altında Azərbaycan dili, tarixi yaddaşı və mədəni irsi yenidən ölkənin ictimai həyatında mərkəzi yer tutdu: “Tarix bir çox siyasətçinin xatirəsini qoruyub saxlayır. Yalnız bir neçəsi milli taleyin bir hissəsinə çevrilir. Məhz buna görə də Heydər Əliyevin xatirəsi təkcə kitablarda, abidələrdə və ya dövlət şənliklərində yaşamır”, - deyə ukraynalı ekspert məqaləsində yazır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler