Tenqri
Ana Səhifə
Dünya

Ukraynadan min kilometr uzaqlıqdakı Rusiya bazalarına zərbə! - QHA - Krım Xəbər Agentliyi

Ukrayna Silahlı Qüvvələri iyunun 5-dən 6-na keçən gecə Rusiyanın müxtəlif bölgələrində strateji hərbi və logistika hədəflərinə qarşı hücumlar təşkil edib.Ukrayna Baş Qərargahı əməliyyatlarda neft anbarları, hərbi bazalar, sursat anbarları və silahlı pilotsuz uçuş aparatlarının (PUA) nəzarət məntəqəl

0 baxışqha.com.tr
Ukraynadan min kilometr uzaqlıqdakı Rusiya bazalarına zərbə! - QHA - Krım Xəbər Agentliyi
Paylaş:

Ukrayna Silahlı Qüvvələri iyunun 5-dən 6-na keçən gecə Rusiyanın müxtəlif bölgələrində strateji hərbi və logistika hədəflərinə qarşı hücumlar təşkil edib.Ukrayna Baş Qərargahı əməliyyatlarda neft anbarları, hərbi bazalar, sursat anbarları və silahlı pilotsuz uçuş aparatlarının (PUA) nəzarət məntəqələrinin hədəf alındığını açıqlayıb Açıqlamaya görə, Rusiyanın Leninqrad vilayətindəki Kronştadt hərbi bazasında partlayışlar baş verib. Bildirilib ki, Rusiya Baltik Donanmasının gəmilərinin yerləşdirildiyi, texniki xidmət və logistika işlərinin aparıldığı obyektə dəyən ziyanın həcminin dəqiqləşdirilməsi istiqamətində işlər davam etdirilir Ukrayna qüvvələri Leninqrad vilayətinin Lomonosov şəhərində yerləşən “Peterqofskaya” neft anbarını da hədəfə alıb. Obyektdə partlayış və yanğının baş verdiyi bildirilib Bundan əlavə, Lomonosovda da yerləşən və Rusiyanın şimal-qərbindəki mühüm yanacaq paylama mərkəzlərindən biri olan “Neste” neft terminalının da vurulduğu açıqlanıb. Terminalın ətrafında yanğının başladığı qeyd edilib və hücumun nəticələri qiymətləndirilib. Bildirilib ki, obyektin təxminən 40 min kubmetr yanacaq anbarı var SURSAT ANAZASI VƏ NEFT BAZASI DA VURULMUŞDUR Baş Qərargah Leninqrad vilayətinin Bolşaya İjora qəsəbəsində yerləşən 1060-cı Logistika Dəstək Mərkəzinə məxsus raket və sursat anbarının da hədəfə alındığını açıqlayıb. Bildirilib ki, obyektdə partlayışlar, ikinci dərəcəli partlayışlar və yanğınlar baş verib Digər tərəfdən, Krasnodar vilayətindəki Ust-Labinsk neft bazasında yanğının baş verdiyi bildirilir. Ukrayna tərəfi bəyan edib ki, sözügedən obyekt Rusiya ordusunun cənub və şərq cəbhələrindəki qoşunlarının yanacaqla təmin olunmasında mühüm rol oynayıb Bəyanatda həmçinin qeyd olunub ki, Belqorod vilayətinin Malinovka yaxınlığındakı komanda-müşahidə məntəqəsi və müvəqqəti işğal olunmuş Luqansk vilayətində logistika anbarı vurulub Bildirilib ki, Ukrayna ordusu Donetsk vilayətinin Voskresenka və Otradne, Zaporijjya vilayətinin Novofedorivka və Zalizniçne yaşayış məntəqələrindəki Rusiya PUA-larının idarəetmə mərkəzlərini də hədəfə alıb Bundan əlavə, Donetsk vilayətinin Pokrovsk və Rodinske, Xarkov vilayətinin Petropavlivka, Rusiyanın Kursk vilayətinin Tyotkino və Anatoliyivka şəhərləri yaxınlığında rus hərbçilərinin yerləşdirildiyi ərazilərə də hücumların həyata keçirildiyi bildirilib Ukrayna prezidenti Vladimir Zelenski gün ərzində Ukrayna pilotsuz təyyarələrinin təxminən min kilometr məsafə qət edərək Rusiya Hərbi Dəniz Qüvvələrinin sursat anbarlarına və Kronştadt Hərbi Dəniz Bazasına zərbələr endirib

Kaynak: qha.com.tr

Diğer Haberler

Ukrayna'dan bin kilometre ötedeki Rus üslerine darbe! - QHA - Kırım Haber Ajansı | Tenqri