Tenqri
Ana Səhifə
Dünya

Ukrayna-Azərbaycan Biznes Assosiasiyasının rəhbəri WUF13-ün üstünlüklərindən danışıb

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) dayanıqlı şəhər inkişafı sahəsində ən mühüm beynəlxalq tədbirlərdən biridir. Ukrayna üçün şəhərlərin bərpası mövzusu artıq nəzəri deyil, praktiki xarakter daşıyır. Beynəlxalq dəstəyin tədricən konkret layihələrə çevrilməsi isə

0 baxışazertag.az
Ukrayna-Azərbaycan Biznes Assosiasiyasının rəhbəri WUF13-ün üstünlüklərindən danışıb
Paylaş:

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) dayanıqlı şəhər inkişafı sahəsində ən mühüm beynəlxalq tədbirlərdən biridir. Ukrayna üçün şəhərlərin bərpası mövzusu artıq nəzəri deyil, praktiki xarakter daşıyır. Beynəlxalq dəstəyin tədricən konkret layihələrə çevrilməsi isə xüsusi əhəmiyyət kəsb edir Bu fikirləri AZƏRTAC-a “Terezi” Ukrayna-Azərbaycan Biznes Assosiasiyasının rəhbəri Cəlal Hüseynov söyləyib O vurğulayıb ki, Azərbaycan artıq İrpendə sosial infrastrukturun bərpasına qoşulub. Bu çərçivədə lisey və şəhər poliklinikasında yenidənqurma işləri aparılır “Bu, ölkələrimiz arasında əməkdaşlığın yalnız humanitar deyil, həm də uzunmüddətli iqtisadi və infrastruktur xarakteri daşıya biləcəyini göstərir “World Urban Forum 13” kimi beynəlxalq platformalar Ukrayna şəhərlərinin gələcək bərpası ilə bağlı dövlətlər, bələdiyyələr, biznes dairələri və investorlar arasında dialoq üçün əlavə imkanlar yaradır Hazırda gələcəkdə Ukraynada həyata keçiriləcək infrastruktur və investisiya layihələrində iştirak edə biləcək beynəlxalq tərəfdaşlıqların və əməkdaşlıq mexanizmlərinin formalaşdırılması son dərəcə vacibdir”, – deyə Cəlal Hüseynov əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler