Ukrayna Xəzər dənizində Rusiyanın qazma qurğularını vurur
Ukrayna bölmələri Xəzər dənizindəki Qreyfer və Korçagin yataqlarında Rusiyaya məxsus iki qazma platformasına hücum edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb İlkin məlumata görə, "Valeri Qrayfer" yatağında (əvvəlki adı - Rakuşeçnoye) qazma platformasında buzdavamlı sta

Ukrayna bölmələri Xəzər dənizindəki Qreyfer və Korçagin yataqlarında Rusiyaya məxsus iki qazma platformasına hücum edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb İlkin məlumata görə, "Valeri Qrayfer" yatağında (əvvəlki adı - Rakuşeçnoye) qazma platformasında buzdavamlı stasionar platforma (LSP-2) və "Yuri Korçagin" yatağında qazma platformasında buzdavamlı stasionar platforma (LSP-1) zədələnib “Qazma platformaları Xəzər dənizinin şimalında, döyüş təmas xəttindən min kilometrə yaxın məsafədə yerləşir...” Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib Aprelin 6-da Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistem Qüvvələrinin komandanı Robert (Magyar) Brovdi DSX-nin Ukrayna Hərbi Dəniz Qüvvələri ilə birlikdə Rusiyanın “Sivaş” üzən qazma qurğusunu vurduğunu açıqlayıb 2014-cü ilə qədər Sivaş Ukraynaya məxsus olub və Qara dəniz şelfində fəaliyyət göstərib. Ukraynalı hərbi bloger Sergey Misyura rusların ondan optik və radar nəzarəti üçün istifadə etdiyini, rusların elit bölmələrinin də orada yerləşdirildiyini bildirib


