Tenqri
Ana Səhifə
Dünya

Ukrayna daha 70 milyard hərbi yardım ala bilər

İyulda Türkiyədə keçiriləcək NATO sammiti zamanı üzv ölkələr Kiyevə 70 milyard avro məbləğində yeni hərbi dəstək paketini elan edə bilər. Bu barədə “Politico” NATO diplomatik dairələrindəki mənbələrə istinadən xəbər verir Qeyd olunur ki, bu planın təşəbbüskarı ötən ay müvafiq təkliflə çıxış edən Al

0 baxışhaqqin.az
Ukrayna daha 70 milyard hərbi yardım ala bilər
Paylaş:

İyulda Türkiyədə keçiriləcək NATO sammiti zamanı üzv ölkələr Kiyevə 70 milyard avro məbləğində yeni hərbi dəstək paketini elan edə bilər. Bu barədə “Politico” NATO diplomatik dairələrindəki mənbələrə istinadən xəbər verir Qeyd olunur ki, bu planın təşəbbüskarı ötən ay müvafiq təkliflə çıxış edən Almaniya olub. Yeni model maliyyə yükünün qeyri-bərabər bölüşdürülməsi ilə bağlı ayrı-ayrı dövlətlərin narazılığını ifadə etdiyi üçün maliyyələşdirməni daha şəffaf etmək və Alyans daxilində mübahisələri həll etmək üçün nəzərdə tutulub Mətbuatın yazdığına görə, iyulun 7-8-də Ankarada baş tutacaq liderlərin görüşünün əsas mövzusu Ukraynaya yardım olacaq Ukraynanın NATO-dakı missiyasının rəhbəri Alena Getmançuk vurğulayıb ki, yeni paketlər Kiyevin prioritet ehtiyaclarına cavab verməlidir - xüsusən, söhbət hava hücumundan müdafiə sistemləri, çoxdan gözlənilən uzun mənzilli döyüş sursatları və pilotsuz təyyarələrin və raket silahlarının istehsalının genişləndirilməsindən gedir "Ukrayna effektiv təhlükəsizlik zəmanəti alana qədər biz yalnız tərəfdaşlarımızın verdiyi maliyyə zəmanətlərinə arxalana bilərik", - Getmançuk vurğulayıb Hazırda Ukraynanın müttəfiqləri NATO-nun baş katibi Mark Ruttenin may ayında Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına ölkələrin ÜDM-nin 0,25%-ni ayırmaq ideyasına mane olduqdan sonra Almaniya layihəsinin müzakirəsinə fokuslanıblar. Diplomatlar qeyd edirlər ki, müzakirələr hələ başlanğıcdadır və onlar iyunun sonunda müdafiə nazirlərinin görüşü zamanı konsensusa nail olmağa çalışacaqlar Qeyd edək ki, 70 milyard avroluq paket təkcə əlavə gəlirlər hesabına formalaşmayacaq. Planda 30 milyard avronun Avropa İttifaqının əvvəllər təsdiq edilmiş iki illik kreditindən (ümumi məbləği 90 milyard avrodur) cəlb ediləcəyi, qalan 40 milyard avronun isə ölkələrlə Kiyev arasında birbaşa ikitərəfli sazişlər vasitəsilə təmin edilməsi nəzərdə tutulur Şimali Atlantika Alyansının kənarında onlar qorxurlar ki, Avropa fondlarının cəlb edilməsi ayrı-ayrı dövlətlərin öz resurslarını ayırmaq motivasiyasını azalda bilər

Kaynak: haqqin.az

Diğer Haberler