Tenqri
Ana Səhifə
Dünya

Uilli Uolş: Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək

2026-cı ildə aviayanacağın orta qiymətləri ötən illə müqayisədə 70% artacaq ki, bu da dünya aviasiya sənayesinin yanacaq üzrə ümumi xərclərini təxminən 100 mlrd ABŞ dolları artıracaq "Report"un Rio-de-Janeyroda olan müxbiri xəbər verir ki, bunu Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Baş

0 baxışreport.az
Uilli Uolş: Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək
Paylaş:

2026-cı ildə aviayanacağın orta qiymətləri ötən illə müqayisədə 70% artacaq ki, bu da dünya aviasiya sənayesinin yanacaq üzrə ümumi xərclərini təxminən 100 mlrd ABŞ dolları artıracaq "Report"un Rio-de-Janeyroda olan müxbiri xəbər verir ki, bunu Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Baş direktoru Uilli Uolş IATA-nın 82-ci illik toplantısının (AGM) və Ümumdünya Hava Nəqliyyatı Sammitinin (WATS) açılış mərasimində bildirib Onun sözlərinə görə, aviasiya sənayesi COVID-19 pandemiyasından sonra bir sıra ciddi çağırışlarla üzləşib "COVID-19-u arxada qoymağa macal tapmamış, aerokosmik sənayenin təchizat zəncirlərində qırılmalar, Ukraynada müharibə, geosiyasi gərginlik və ticarət siyasətində tektonik yerdəyişmələrlə üzləşdik. Mart ayında Yaxın Şərqdə müharibə başlayanda isə neftin qiyməti kəskin şəkildə artdı və aviayanacağın qiyməti qalxıb. Nəticədə biz aviayanacağın orta qiymətlərinin illik ifadədə 70% artacağını gözləyirik ki, bu da sənayenin təxminən 100 mlrd ABŞ dolları həcmində əlavə yanacaq xərclərinə səbəb olacaq", - U.,Uolş qeyd edib Bununla yanaşı o vurğulayıb ki, aviaşirkətlər tərəfindən tariflərin məcburi şəkildə artırılmasına baxmayaraq, aviadaşımalara tələbat sabit qalır "Müsbət amil ondan ibarətdir ki, artan xərcləri kompensasiya etmək üçün tarifləri və dərəcələri artırmaq zərurətinə baxmayaraq, tələbat yüksək səviyyədə qalır. Lakin artım templəri qaçılmaz olaraq yavaşlayacaq - sərnişin seqmentində 2,1%-ə, yük daşımalarında isə 0,7%-ə qədər", - deyə IATA rəhbəri bildirib Assosiasiyanın proqnozlarına görə, xərclərin artması fonunda cari ildə dünya aviasiya sənayesinin gəlirliliyi demək olar ki, iki dəfə azalacaq. Aviaşirkətlərin xalis mənfəəti 2025-ci ildəki 45 mlrd ABŞ dollarından 2026-cı ildə 23 mlrd ABŞ dollarına, xalis rentabellik isə 4,2%-dən 2%-ə düşəcək "Aydındır ki, bu, olduqca aşağı marjallıq səviyyəsidir. Cari il bütün aviaşirkətlər üçün, lakin xüsusilə pandemiyadan sonra öz balanslarını hələ tam bərpa etməyə macal tapmayan daşıyıcılar, eləcə də Fars körfəzi ölkələrinin aviaşirkətləri üçün ağır olub", - U. Uolş əlavə edib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler