WUF13 təcrübə iştirakçıları sertifikat aldılar
“Hər kəs üçün imkanlar” sosial layihəsi çərçivəsində WUF13 Dünya Şəhər Forumu ərəfəsində WUF13 Azərbaycan Əməliyyat Şirkətinin təşkil etdiyi təcrübə proqramını uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edilib "Report" xəbər verir ki, bu barədə X sosial şəbəkəsindəki WUF13 Azerbaijan səh

“Hər kəs üçün imkanlar” sosial layihəsi çərçivəsində WUF13 Dünya Şəhər Forumu ərəfəsində WUF13 Azərbaycan Əməliyyat Şirkətinin təşkil etdiyi təcrübə proqramını uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edilib "Report" xəbər verir ki, bu barədə X sosial şəbəkəsindəki WUF13 Azerbaijan səhifəsində məlumat yerləşdirilib “Bakı Olimpiya Stadionunda keçirilən tədbirdə iştirakçıların sosial inklüzivlik, yaradıcılıq və peşəkar bacarıqların inkişafı, o cümlədən şəhərsalma və inklüziv mühitin formalaşdırılması kimi sahələrdə əməli işləri diqqətə çatdırılıb”, - deyə məlumatda bildirilir Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək Forum Azərbaycan ilə BMT-nin İnsan Məskənləri Proqramı arasında sıx əməkdaşlıq çərçivəsində keçirilir və davamlı şəhərsalma, ağıllı şəhərlər və innovativ şəhər həlləri sahələrində beynəlxalq təcrübə mübadiləsinə yönəlib


