Tenqri
Ana Səhifə
Dünya

Qalatasaray 26-cı Türkiyə çempionluğunu qazandı

Türkiyə Superliqasında 33-cü turun oyunları keçirilib. İstanbul "Qalatasaray"ı "Antalyaspor"u qəbul edib və 4:2 hesabı ilə qalib gəlib Caliber.Az xəbər verir ki, qaliblərdən Mario Lemina (56-cı dəqiqə), dubla imza atan Viktor Osimhen (66, 88), Kaan Ayhan (90+5) qol vurub. Qonaqların hər iki qolunu

0 baxışcaliber.az
Qalatasaray 26-cı Türkiyə çempionluğunu qazandı
Paylaş:

Türkiyə Superliqasında 33-cü turun oyunları keçirilib. İstanbul "Qalatasaray"ı "Antalyaspor"u qəbul edib və 4:2 hesabı ilə qalib gəlib Caliber.Az xəbər verir ki, qaliblərdən Mario Lemina (56-cı dəqiqə), dubla imza atan Viktor Osimhen (66, 88), Kaan Ayhan (90+5) qol vurub. Qonaqların hər iki qolunu Soner Dikmen vurub (45+3, 62) Bu nəticə sayəsində "Qalatasaray" 77 xal toplayıb və finişə bir tur qalmış 26-cı çempionluğunu təmin edib İkinci pillədə qərarlaşan “Fənərbaxça” da səfərdə “Konyaspor”a 3:0 hesabı ilə qalib gələrək 3 xal qazanıb. Fred dubl (13, 71), Arçi Braun isə daha bir qola imza atıb (56). 73 xalla İstanbul komandası çempionatda gümüş medallara zəmanət verib Üçüncü yer uğrunda mübarizədə “Trabzonspor” səfərdə “Beşiktaş”a 2:1 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin futbolçusu Orkun Kekçu 14-cü dəqiqədə hesabı açsa da, bir dəqiqə sonra Aleksandr Zubkov bərabərliyi bərpa edib. Qələbə qolunu 62-ci dəqiqədə Ernest Muçi vurub Bu turdan sonra "Trabzonspor" 69 xalla üçüncü, "Beşiktaş" isə 59 xalla dördüncü pillədə qərarlaşıb

Kaynak: caliber.az

Diğer Haberler