Tenqri
Ana Səhifə
Dünya

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

İyunun 15-də Şuşa şəhərində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans keçirilib AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkənin müstə

0 baxışazertag.az
Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO
Paylaş:

İyunun 15-də Şuşa şəhərində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans keçirilib AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkənin müstəqilliyi, suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin tədbir iştirakçılarına müraciəti Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev tərəfindən səsləndirilib Konfransın açılışında çıxış edən Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə şəhərlər və kəndlər yenidən həyata qovuşur, məktəblərdə və uşaq bağçalarında uşaqların gülüş səsləri eşidilir. O bildirib ki, yeni tikilmiş müasir yaşayış komplekslərində isə keçmiş qaçqın və məcburi köçkünlər dövlət rəhbərliyi tərəfindən onlara hədiyyə edilmiş mənzillərdə yeni həyat qururlar “Bu gün işğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır. Onların yarıdan çoxunu keçmiş qaçqın və məcburi köçkünlər təşkil edir. Bu günə qədər Şuşada yerli və milli əhəmiyyətli təxminən 30 abidə bərpa olunub”, - deyə A.Kərimov vurğulayıb Konfrans çərçivəsində keçirilən “Sülh quruculuğu mexanizmləri: qlobal çağırışlar fonunda partiya diplomatiyası” mövzusunda sessiyada Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, 15 İyun Azərbaycan xalqı və dövləti üçün olduqca böyük əhəmiyyətə malik iki mühüm hadisə ilə əlamətdardır: “Bundan 33 il əvvəl – 1993-cü ilin iyunun 15-də xalqımızın Ümummilli Lideri, müdrik dövlət xadimi Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib və həmin gün tariximizə Milli Qurtuluş Günü kimi əbədi həkk olunub. Bu, Azərbaycan dövlətçiliyinin xilası, real müstəqilliyin təmini və qorunub saxlanılması baxımından taleyüklü dönüş nöqtəsi olub. Vaxtilə dünyanın aparıcı geosiyasi güc mərkəzlərindən biri olan SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa etmiş Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərində digər bir sıra postsovet ölkələri kimi ağır sınaqlarla üzləşmişdi. Daxili siyasi böhranın və iqtisadi tənəzzülün dərinləşməsi, qarşıdurmaların və separatizm meyillərinin güclənməsi, xarici təhdidlərin artması fonunda Ermənistanın hərbi təcavüzü Azərbaycanın parçalanması, hətta dünya xəritəsindən silinməsi təhlükəsini meydana çıxarmışdı. Belə mürəkkəb şəraitdə Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdıb və Azərbaycanı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxarıb" O vurğulayıb ki, 15 iyun tarixi həm də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlamətdardır: “5 il əvvəl – 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın təşviqinə xidmət edən və gələcəyə konseptual-strateji baxışı ortaya qoyan bir sənəddir. Bəyannamənin imzalanması ilə keyfiyyətcə yeni mərhələyə yüksələn Azərbaycan-Türkiyə münasibətləri bu gün regional təhlükəsizlik arxitekturasının ən önəmli sütunlarından biri kimi çıxış edir. Bu gün iftixarla söyləyirik ki, Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan Şuşa Bəyannaməsi Ümummilli Liderimizin əbədiyaşar ideyalarını özündə əks etdirən Milli Qurtuluş məfkurəsinin müasir geosiyasi şəraitdə məntiqi davamıdır” YAP Sədrinin müavini vurğulayıb ki, sülh, təhlükəsizlik və firavanlıq naminə səylərin birləşdirilməsi dövlətlərin gələcək nəsillər qarşısında başlıca siyasi məsuliyyətidir: “Bu gün Şuşadan verilən mesajlar yalnız Cənubi Qafqaza deyil, bütün dünyaya ünvanlanır. Bu çağırışların mahiyyəti ondan ibarətdir ki, güclü dövlətçilik, qarşılıqlı hörmət, beynəlxalq hüquq normalarına əsaslanan fəaliyyət və bərabərhüquqlu əməkdaşlıq davamlı sülhün ən etibarlı təminatçısıdır. Konfransımızın regionda sülh quruculuğuna önəmli töhfə verəcəyinə və faydalı nəticələrlə yadda qalacağına inamımı ifadə edərək, hər birinizə fəaliyyətinizdə uğurlar arzulayır və diqqətinizə görə təşəkkürümü bildirirəm” Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov, Sahibkarlar və İş Adamları Hərəkatı – Özbəkistan Liberal Demokratik Partiyası Siyasi Şurası İcra Komitəsinin sədri və partiyanın parlament fraksiyasının rəhbəri Aktam Xaitov, Laos Xalq İnqilab Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komitəsinin Tədqiqat və çoxtərəfli əlaqələr departamentinin baş direktoru Sayavonq Bunyadet, eləcə də Moldova parlamentinin üzvü Pavel Voyku çıxış edərək, qlobal çağırışlar fonunda sülhün və təhlükəsizliyin təmin olunmasında siyasi dialoqun əhəmiyyətindən danışıblar Çıxışlarda partiyalararası əməkdaşlığın dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə töhfə verdiyi qeyd olunub Konfrans çərçivəsində keçirilən “Regional layihələr və transsərhəd əməkdaşlıq: Dayanıqlı sülhün iqtisadi əsasları” mövzusunda sessiyada Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey, Kamboca Xalq Partiyası Mərkəzi Komitəsinin Daimi Komitəsinin üzvü, Kamboca Krallığı Senatının ikinci vitse-prezidenti Tun Vathana, Ukrayna Ali Radasının Humanitar və informasiya siyasəti komitəsinin sədri, ATƏT Parlament Assambleyasında Ukrayna nümayəndə heyətinin rəhbəri Mikita Poturayev, eləcə də Pakistanın Muslim İnstitutunun ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi və xüsusi nümayəndəsi Malik Asif Tanver çıxış ediblər Natiqlər regional layihələrin və transsərhəd əməkdaşlığın iqtisadi inkişafın sürətləndirilməsində, qarşılıqlı asılılığın gücləndirilməsində və dayanıqlı sülhün təmin olunmasında mühüm rol oynadığını vurğulayıblar. Çıxışlarda nəqliyyat dəhlizlərinin, ticarət əlaqələrinin və birgə investisiya layihələrinin regionlar arasında əməkdaşlığı genişləndirdiyi, iqtisadi inteqrasiyanı dərinləşdirdiyi və xalqlar arasında etimadın möhkəmlənməsinə töhfə verdiyi qeyd olunub “Postmünaqişə dövründə yenidənqurma: Şəhərsalma sahəsində müasir çağırışlar” mövzusunda keçirilən panel sessiyada Belarusun “Belaya Rus” Partiyasının sədri Olqa Çemodanova, Tacikistan Xalq Demokratik Partiyası sədrinin müavini Umeda Abdullozoda, Şimali Makedoniya Türk Demokratik Partiyasının sədri Zülfikar Zeynula, Serbiya Tərəqqipərvər Partiyası İdarə Heyətinin üzvü və Serbiya Milli Assambleyasının üzvü Daniela Nikoliç, eləcə də “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının Gənclər Təşkilatının sədri, Gürcüstan parlamentinin üzvü Varlam Liparteliani çıxış ediblər Natiqlər postmünaqişə dövründə yenidənqurma prosesinin yalnız infrastrukturun bərpası ilə məhdudlaşmadığını, eyni zamanda, sosial rifahın təmin olunmasını, iqtisadi fəallığın canlandırılmasını və insanların doğma yurdlarına təhlükəsiz qayıdışı üçün şərait yaradılmasını əhatə etdiyini vurğulayıblar. Çıxışlarda müasir şəhərsalma yanaşmalarının, innovativ texnologiyaların və dayanıqlı inkişaf prinsiplərinin tətbiqinin bərpa prosesinin effektivliyini artırdığı qeyd olunub. Həmçinin postmünaqişə ərazilərində həyata keçirilən yenidənqurma layihələrinin uzunmüddətli sülhün, sabitliyin və regional inkişafın möhkəmləndirilməsinə xidmət etdiyi diqqətə çatdırılıb “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda Şuşada keçirilən beynəlxalq konfrans Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb Panel müzakirələrində Türkiyədən, Çindən, Özbəkistandan, Türkmənistandan, Serbiyadan, Gürcüstandan, Kambocadan, Laosdan və digər ölkələrdən olan siyasətçilər, parlament üzvləri, diplomatlar və siyasi partiyaların nümayəndələri çıxış edərək, qlobal təhlükəsizlik, regional əməkdaşlıq, iqtisadi inteqrasiya, postmünaqişə dövründə yenidənqurma və dayanıqlı inkişaf məsələləri ətrafında fikir mübadiləsi aparıblar İyunun 15-də Şuşa şəhərində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans keçirilir AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkənin müstəqilliyi, suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin tədbir iştirakçılarına müraciəti Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev tərəfindən səsləndirilib Konfrans çərçivəsində “Sülh quruculuğu mexanizmləri: qlobal çağırışlar fonunda partiya diplomatiyası”, “Regional layihələr və transsərhəd əməkdaşlıq: dayanıqlı sülhün iqtisadi əsasları” və “Postmünaqişə dövründə yenidənqurma: şəhərsalma sahəsində müasir çağırışlar” mövzularında panel sessiyalar təşkil olunacaq Panel müzakirələrində müxtəlif ölkələrdən olan siyasətçilər, parlament üzvləri, diplomatlar və siyasi partiyaların nümayəndələri çıxış edərək qlobal təhlükəsizlik, regional əməkdaşlıq, iqtisadi inteqrasiya, postmünaqişə dövründə yenidənqurma və dayanıqlı inkişaf məsələləri ətrafında fikir mübadiləsi aparacaqlar 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler