Tenqri
Ana Səhifə
Dünya

Pakistanın nefti tükənmək üzrədir

Pakistanın Maliyyə Nazirliyi ölkənin hazırkı neft ehtiyatlarının 12 gün ərzində ehtiyacını ödəyə biləcəyini bildirib. Bu barədə Reuters xəbər verir Maliyyə Nazirliyindən verilən məlumata görə, yeni yüklərin gəlməsi və planlaşdırılan idxal hesabına neft ehtiyatları sabit saxlanılır. İdarədən vurğula

0 baxışhaqqin.az
Pakistanın nefti tükənmək üzrədir
Paylaş:

Pakistanın Maliyyə Nazirliyi ölkənin hazırkı neft ehtiyatlarının 12 gün ərzində ehtiyacını ödəyə biləcəyini bildirib. Bu barədə Reuters xəbər verir Maliyyə Nazirliyindən verilən məlumata görə, yeni yüklərin gəlməsi və planlaşdırılan idxal hesabına neft ehtiyatları sabit saxlanılır. İdarədən vurğulanıb ki, neft emalı zavodları avtomobil benzini, dizel yanacağı və xam neftlə təchizatında sabitliyi təmin etməklə, optimal səviyyədə fəaliyyət göstərməkdə davam edir Martın 9-da Pakistan hökuməti Yaxın Şərqdəki gərginlik və Fars körfəzi regionundan enerji təchizatında fasilələr səbəbindən yanacağa qənaətlə bağlı ciddi tədbirlər görməyə məcbur olub. Martın 18-dən ölkədə onlayn formata keçən təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb. Dövlət qurumlarına məxsus nəqliyyat vasitələrinin yanacaqla təminatı da 50%, ondan istifadə isə 60% azaldılıb Bundan başqa, dövlət qulluqçularının yarısı distant işə keçirilib, dövlət qurumları isə dördgünlük iş həftəsinə keçib

Kaynak: haqqin.az

Diğer Haberler