Tenqri
Ana Səhifə
Dünya

Turqay Zeytingöz: Ölkədə basketbolun səviyyəsi yüksəlib

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) idman direktoru Turqay Zeytingöz başa çatan mövsümü dəyərləndirərkən deyib O, liqanın inkişaf etdiyini vurğulayıb: “Bu mövsüm liqamızdan daha üç komanda - “Sabah”, “Neftçi”, “Abşeron Lions” avrokuboklarda iştirak etdi və

0 baxışazertag.az
Turqay Zeytingöz: Ölkədə basketbolun səviyyəsi yüksəlib
Paylaş:

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) idman direktoru Turqay Zeytingöz başa çatan mövsümü dəyərləndirərkən deyib O, liqanın inkişaf etdiyini vurğulayıb: “Bu mövsüm liqamızdan daha üç komanda - “Sabah”, “Neftçi”, “Abşeron Lions” avrokuboklarda iştirak etdi və qələbələr qazandı. “Sabah” ilk dəfə Çempionlar Liqasının müntəzəm mövsümündə çıxış etdi və güclü rəqiblərlə başa-başa mübarizə apardı. “Gəncə” komandası da yaxşı performans göstərərək ölkə kubokunun qalibi oldu” Turqay Zeytingöz “Sabah” və “Abşeron Lions” komandaları arasında keçirilən final seriyasının üçüncü qarşılaşması ilə bağlı fikirlərini də bölüşüb: “Abşeron Lions” komandasının heyətində zədəlilərin olması “Sabah” üçün vəziyyəti asanlaşdırdı. Hər halda favorit “Sabah” idi və final seriyasının hər üç oyununda qalib gəldi. Komanda mövsümü çempion kimi başa vurdu və bu, onların ardıcıl dördüncü çempionluğu oldu” ABF rəsmisi oyunlara azarkeş marağının artdığını da qeyd edib: “Bu mövsüm ölkədə basketbola maraq daha da artdı. Ümumilikdə liqanın keyfiyyəti yüksəldi. Daha maraqlı final gözlənilsə də, bəzi əsas oyunçuların olmaması mübarizənin bir qədər asan keçməsinə səbəb oldu” Xatırladaq ki, Bakı İdman Sarayında təşkil edilən final seriyasının üçüncü qarşılaşması "Sabah"ın 108:95 hesablı qələbəsi ilə yekunlaşıb. Bakı təmsilçisi əvvəlki iki görüşdə də rəqibini məğlub etmişdi - 98:93, 112:84 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler