“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq
İdman Arbitraj Məhkəməsinin (CAS) qərarının “Turan Tovuz”un xeyrinə olacağına inanırıq Bu sözləri AZƏRTAC-a açıqlamasında “Turan Tovuz” klubunun məşqçisi Yunis Hüseynov komandanın UEFA tərəfindən avrokuboklardan kənarlaşdırılması ilə bağlı danışarkən deyib O bildirib ki, komandanın mövsüm ərzində

İdman Arbitraj Məhkəməsinin (CAS) qərarının “Turan Tovuz”un xeyrinə olacağına inanırıq Bu sözləri AZƏRTAC-a açıqlamasında “Turan Tovuz” klubunun məşqçisi Yunis Hüseynov komandanın UEFA tərəfindən avrokuboklardan kənarlaşdırılması ilə bağlı danışarkən deyib O bildirib ki, komandanın mövsüm ərzində göstərdiyi nəticələr onun avrokuboklarda iştirak etməyə layiq olduğunu göstərir: “Komandamız bu mövsüm çox böyük əziyyət çəkdi. Həm rəhbərlik, həm məşqçilər korpusu, həm də futbolçular qarşıya qoyulan məqsədə çatmaq üçün ciddi əmək sərf etdilər. Çempionatı üçüncü pillədə başa vurmaq təsadüfi nəticə deyil. Buna görə də hesab edirəm ki, bu əziyyət yerdə qalmamalıdır” Y.Hüseynov məsələnin hazırda CAS-da araşdırıldığını xatırladıb: “Ümidimiz böyükdür. İnanırıq ki, son instansiya məsələyə obyektiv yanaşacaq və qərar xeyrimizə olacaq. Çünki bugünkü nəticənin əvvəlki illərdə baş vermiş hadisələrlə birbaşa əlaqəsi yoxdur” O bildirib ki, istənilən qərardan asılı olmayaraq, klubun hədəfləri dəyişməyəcək: “Avrokuboklarda iştirak edib-etməməyimizdən asılı olmayaraq, komanda yenə də yüksək yerlər uğrunda mübarizə aparacaq. Məqsədimiz növbəti mövsümdə də ölkə çempionatında uğurla çıxış etmək və avrokuboklara vəsiqə qazanmaqdır. İnanıram ki, bu məsələ də həllini tapacaq. Komandamız mübarizəsini davam etdirəcək və qarşıdakı illərdə də Azərbaycan futbolunu beynəlxalq arenada təmsil etmək imkanı qazanacaq” Qeyd edək ki, UEFA İntizam Komitəsi AFFA-nın 2019-cu ildə danışılmış oyunlarla bağlı qərarına əsaslanaraq, “Turan Tovuz”u 2026/2027-ci illər mövsümündə avrokuboklardan kənarlaşdırıb. Klub qərardan İdman Arbitraj Məhkəməsinə şikayət edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


