Berlin hava limanında miqrantların sürətli deportasiyası mərkəzi açılıb
Mərkəz islah edilmiş Ümumi Avropa Sığınacaq Sisteminin (CEAS) tətbiqindən sonra açılıb. Yeni sistem müəyyən kateqoriyalı müraciətlərə baxılmasını sürətləndirmək və imtina edildiyi təqdirdə müraciət edənlərin ölkədən deportasiyasını operativ şəkildə təşkil etmək üçün nəzərdə tutulub Mərkəz şəxsiyyə

Mərkəz islah edilmiş Ümumi Avropa Sığınacaq Sisteminin (CEAS) tətbiqindən sonra açılıb. Yeni sistem müəyyən kateqoriyalı müraciətlərə baxılmasını sürətləndirmək və imtina edildiyi təqdirdə müraciət edənlərin ölkədən deportasiyasını operativ şəkildə təşkil etmək üçün nəzərdə tutulub Mərkəz şəxsiyyəti barədə yalan məlumat vermiş, habelə milli təhlükəsizliyə potensial təhlükə hesab edilən şəxslərin işlərinə baxacaq Sürətləndirilmiş prosedur Avropa ölkələrinin beynəlxalq müdafiəni nisbətən nadir hallarda təmin etdiyi ölkələrin vətəndaşlarına da təsir edəcək Sığınacaq müraciəti rədd edilərsə, ərizəçi 12 həftədən çox olmayan yoxlama prosesi başa çatdıqdan sonra dərhal deportasiya edilə bilər İnsanların yerləşdirilməsi üçün hava limanının yaxınlığında ayrıca bina quraşdırılıb. Brandenburq federal əyalətinin Daxili İşlər Nazirliyinin məlumatına görə, mərkəz eyni vaxtda 40 nəfərin qəbulu üçün nəzərdə tutulub. Analoji qurumlar artıq Hessen, Baden-Vürtemberq və Bavariya federal əyalətlərində fəaliyyət göstərir Ümumi Avropa sığınacaq sistemi CEAS Avropa İttifaqının bütün ölkələrində qüvvəyə minmişdir. Onun məqsədi miqrasiya proseslərini sadələşdirmək, müraciətlərə baxılmasını və sığınacaq axtaranların icma dövlətləri arasında bölüşdürülməsini sürətləndirməkdir Bundan əvvəl bildirilmişdi ki, iyunun 12-də Avropa İttifaqının Miqrasiya və Sığınacaq üzrə Paktı Aİ-yə üzv olan 27 ölkənin hamısında rəsmi olaraq qüvvəyə minib


