Tərtərli kümçülərə ipəkqurdu toxumu paylanıb
Bu il Tərtər rayonunda 12 tona yaxın yaş barama istehsal edilməsi proqnozlaşdırılır AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, barama yetişdirilməsi ilə əlaqədar Qax Damazlıq İpəkçilik stansiyasından 300 qutu ipəkqurdu toxumu gətirilərək tərtərli kümçülərə paylanılıb. Rayonun yaşayış məntəqələrində f

Bu il Tərtər rayonunda 12 tona yaxın yaş barama istehsal edilməsi proqnozlaşdırılır AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, barama yetişdirilməsi ilə əlaqədar Qax Damazlıq İpəkçilik stansiyasından 300 qutu ipəkqurdu toxumu gətirilərək tərtərli kümçülərə paylanılıb. Rayonun yaşayış məntəqələrində fəaliyyət göstərən kümçülərə mütəxəssislər tərəfindən kümxanaların hazırlanması ilə bağlı müvafiq təlimatlar verilib, həmçinin ipəkqurdunun aqrotexniki qaydada bəslənməsi üçün maarifləndirici bukletlər paylanıb Qeyd edək ki, ötən il Tərtər rayonunda 6,5 ton barama istehsal edilib. Rayon ərazisindəki mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını dəfələrlə artırmağa imkan verir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


