TÜRKSOY Xalq şairi Sabir Rüstəmxanlının 80 illiyini qeyd edib
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Ankaradakı qərargahında Azərbaycanın Xalq şairi, publisist və prozaik Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib. TÜRKSOY, Azərbaycanın Türkiyədəki səfirliyi və Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil edi

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Ankaradakı qərargahında Azərbaycanın Xalq şairi, publisist və prozaik Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib. TÜRKSOY, Azərbaycanın Türkiyədəki səfirliyi və Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilən tədbirdə millət vəkilləri, diplomatlar, Türkiyənin dövlət qurumlarının, siyasi partiyaların və ictimai təşkilatların nümayəndələri, alimlər və ekspertlər iştirak ediblər Tədbir ictimai xadimin həyat və yaradıcılığı haqqında sənədli filmin nümayişi ilə başlayıb Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxışında qeyd edib ki, Azərbaycan xalqının milli özünüdərkinin inkişafında mühüm rol oynayan əsərlərin müəllifi olan S.Rüstəmxanlının yaradıcılığı ona ədəbi ictimaiyyətdə hörmət qazandırıb Sonra Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Azərbaycan ədəbiyyatının zəngin ənənələrinin davamçısı olan S.Rüstəmxanlının nailiyyətlərini vurğulayıb. Qeyd edib ki, yubilyar öz əsərlərində azərbaycanlıların nəsillər boyu davam edən vətənpərvərlik hisslərini əks etdirən ziyalılardan biridir TÜRKSOY Baş katibinin müavini Sayit Yusuf, Azərbaycan mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Türk dünyası ilə əlaqələr üzrə sədr müavini Kürşad Zorlu və Türkiyə Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici S.Rüstəmxanlı yaradıcılığının əhəmiyyətindən danışıblar Sabir Rüstəmxanlı çıxışında Türk dünyasının birliyinin vacibliyini vurğulayıb. Yubilyar Türk dünyasını və doğma Azərbaycanı tərənnüm edən şeirlərini oxuyub TÜRKSOY Baş katibinin müavini Sayit Yusuf yubilyara Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının medalını təqdim edib Tədbir çərçivəsində Sabir Rüstəmxanlının bir sıra əsərləri TÜRKSOY-un binasında sərgilənib
Diğer Haberler

İstanbul Respublika Baş prokurorunun müavini Osman Sağlamdan mərc araşdırması ilə bağlı açıqlama: Liqalar bitdikdən sonra əməliyyatlar sürətlə davam edəcək | T24

Vəkillərin İxtisas Komissiyasının sədri Hakimlərin Seçki Komitəsinə üzv seçilib
