Tenqri
Ana Səhifə
Dünya

Vəkillərin İxtisas Komissiyasının sədri Hakimlərin Seçki Komitəsinə üzv seçilib

Vəkillər Kollegiyasının Vəkillərin İxtisas Komissiyasının sədri Turqay Hüseynov Hakimlərin Seçki Komitəsinə üzv seçilib 525.az-a bu barədə kollegiyadan məlumat verilib Bildirilib ki, müvafiq qərar Məhkəmə-Hüquq Şurasının iclasında qəbul edilib Hüquq elmləri doktoru Turqay Hüseynov 1996-cı ildə Ka

0 baxış525.az
Vəkillərin İxtisas Komissiyasının sədri Hakimlərin Seçki Komitəsinə üzv seçilib
Paylaş:

Vəkillər Kollegiyasının Vəkillərin İxtisas Komissiyasının sədri Turqay Hüseynov Hakimlərin Seçki Komitəsinə üzv seçilib 525.az-a bu barədə kollegiyadan məlumat verilib Bildirilib ki, müvafiq qərar Məhkəmə-Hüquq Şurasının iclasında qəbul edilib Hüquq elmləri doktoru Turqay Hüseynov 1996-cı ildə Kazan Federal Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildən hüquq elmləri namizədi, 2018-ci ildən isə hüquq elmləri doktorudur, 50-dən artıq elmi əsərin müəllifidir O, 2000-ci ildən Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Hazırda BDU-nun İnsan hüquqları və informasiya hüququ YUNESKO kafedrasının müdiri vəzifəsində çalışır Eyni zamanda Turqay Hüseynov BDU-nun nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının sədridir O, 2004-cü ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. 2022-ci ildən etibarən isə Vəkillərin İxtisas Komissiyasının sədri kimi fəaliyyət göstərir Turqay Hüseynov peşə bayramı münasibətilə və vəkilliyin inkişafındakı xidmətlərinə görə Prezident cənab İlham Əliyevin 28 dekabr 2023-cü il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib

Kaynak: 525.az

Diğer Haberler