Tenqri
Ana Səhifə
Dünya

Türkmənistanda “Arşın mal alan” tammetrajlı bədii filminin nümayişi olub

İyunun 7-də “Aşqabad” Kinoteatrında “Arşın mal alan” tammetrajlı bədii filminin nümayişi olub Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görkəmli rejissor, Xalq artisti Tofiq Tağızadənin dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında 1965-ci ildə lentə aldığı “Arşın mal alan”

0 baxışazertag.az
Türkmənistanda “Arşın mal alan” tammetrajlı bədii filminin nümayişi olub
Paylaş:

İyunun 7-də “Aşqabad” Kinoteatrında “Arşın mal alan” tammetrajlı bədii filminin nümayişi olub Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görkəmli rejissor, Xalq artisti Tofiq Tağızadənin dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında 1965-ci ildə lentə aldığı “Arşın mal alan” filmi qısa müddət ərzində ölkəmizdə və xaricdə geniş tamaşaçı rəğbəti qazanıb Filmdə hadisələr XX əsrin əvvəllərində Bakıda cərəyan edir. Varlı gənc tacir Əsgər evlənmək istəsə də, dövrün adət-ənənələri ona gələcək həyat yoldaşını əvvəlcədən görməyə imkan vermir. Buna görə də o, arşınmalçı qiyafəsinə girərək sevdiyi qızı tapmağa çalışır. Film məhəbbət, ailə dəyərləri və dövrün sosial münasibətlərini yumor və musiqi dili ilə təqdim edir. Əsər Azərbaycan kino tarixinin ən məşhur musiqili ekran nümunələrindən hesab olunur Ssenari müəllifi Tofiq Tağızadə və Muxtar Dadaş olan ekran əsərində Azərbaycanın tanınmış aktyorları rol alıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler