Tenqri
Ana Səhifə
Dünya

Türkiyəli ekspert: Zəngəzur dəhlizi Ankara və Bakının maraqları kontekstində açılacaq

Azərbaycanın regiondakı siyasi, iqtisadi və hərbi çəkisi, Türkiyənin Cənubi Qafqazdakı nüfuzu ilə birgə Zəngəzur dəhlizinin açılmasını təmin edəcək. Ankara və Bakının maraqları nəzərə alınmaqla, bu hədəfə növbəti beş il ərzində nail olunacağı gözlənilir Bu fikri Türkiyə Strateji və Siyasi Araşdırma

0 baxışazertag.az
Türkiyəli ekspert: Zəngəzur dəhlizi Ankara və Bakının maraqları kontekstində açılacaq
Paylaş:

Azərbaycanın regiondakı siyasi, iqtisadi və hərbi çəkisi, Türkiyənin Cənubi Qafqazdakı nüfuzu ilə birgə Zəngəzur dəhlizinin açılmasını təmin edəcək. Ankara və Bakının maraqları nəzərə alınmaqla, bu hədəfə növbəti beş il ərzində nail olunacağı gözlənilir Bu fikri Türkiyə Strateji və Siyasi Araşdırmalar Fondunun (TÜRPAV) rəhbəri Sinan Demirtürk AZƏRTAC-a müsahibədə bildirib Onun sözlərinə görə, marşrutun açılma müddəti həmçinin Ermənistan ilə ABŞ arasında TRIPP (“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”) layihəsi çərçivəsində razılaşmaların həyata keçirilməsi üzrə konkret addımlardan asılıdır Ekspert Ankara və Bakının İrəvanla dialoqundakı mütərəqqi irəliləyişlərə diqqət çəkib O xatırladıb ki, 44 günlük Vətən müharibəsindən sonra Ermənistan hakimiyyəti Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb və Bakının regionda münasibətlərin normallaşdırılması üzrə təşəbbüslərini dəstəkləyib. “Türkiyə və Azərbaycan hazırda Ermənistanla təmaslarında addımlarını sıx əlaqələndirir”, - deyə TÜRPAV rəhbəri iki qardaş ölkənin İrəvanla dialoqda müsbət gündəmin formalaşdırılması üzrə atdığı addımları da xatırladıb S.Demirtürk belə bir fikir irəli sürüb ki, İrəvan qonşu ölkələrə qarşı ərazi iddialarından qəti şəkildə imtina etməsə, o cümlədən Ermənistan Konstitusiyasının preambulasında dəyişiklik edilməsə Azərbaycanla sülh sazişinin imzalanması mümkün deyil O vurğulayıb ki, Ermənistan cəmiyyətinin radikalizm, revanşizm və separatizm ideyalarından mümkün qədər uzaqlaşdırılması bütün regionun maraqlarına cavab verir: “Ermənistanın demokratik islahatlara və açıq sərhədlərə malik, Türkiyə və Azərbaycanın ədalətli tələblərinin nəzərə alındığı bir ölkəyə çevrilməsi regional proseslərdə müsbət rol oynaya bilər” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler