Türkiyənin xarici işlər naziri Fidan Ankarada BMT Baş katibinin Kipr nümayəndəsi ilə görüşüb - QHA - Krım Xəbər Agentliyi
Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin Kipr üzrə şəxsi nümayəndəsi Maria Angela Holguin Cuellar-ı Ankarada qəbul edib Anadolu Agentliyinin Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən yaydığı xəbərə görə, Fidan və Cuellar Kip

Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin Kipr üzrə şəxsi nümayəndəsi Maria Angela Holguin Cuellar-ı Ankarada qəbul edib Anadolu Agentliyinin Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən yaydığı xəbərə görə, Fidan və Cuellar Kipr məsələsi ilə bağlı mövcud hadisələri dəyərləndiriblər Bildirilib ki, görüş zamanı şəxsi nümayəndə Kuelyarın ötən həftə Kiprdə iki liderlə təmasları da müzakirə edilib Nazir Fidan, Quterreşin səylərini dəstəklədiklərini ifadə edərək, vətən və qarant ölkə olan Türkiyənin Kipr probleminin ən real həll yolunun “adada iki dövlətin yan-yana mövcudluğu” olduğuna inandığını vurğulayıb Fidan Kuellara bildirib ki, adadakı faktlara əsaslanaraq, Kipr türk xalqının təbii hüquqlarını, suveren bərabərliyini və bərabər beynəlxalq statusunu qəbul etməyən yanaşmalar nəticə verməyəcək


