Türkiyədə Qars-Bakı birbaşa aviareyslərinin açılması məsələsi müzakirə olunur
Türkiyədə Qars və Bakı arasında birbaşa aviareyslərin açılması məsələsi ilə bağlı müzakirələr davam edir AZƏRTAC Türkiyə mediasına istinadla xəbər verir ki, bu mövzu Qars Ticarət və Sənaye Palatasının sədri Kadir Bozanın rəhbərliyi ilə keçirilən ikinci qiymətləndirmə iclasında müzakirə olunub Onla

Türkiyədə Qars və Bakı arasında birbaşa aviareyslərin açılması məsələsi ilə bağlı müzakirələr davam edir AZƏRTAC Türkiyə mediasına istinadla xəbər verir ki, bu mövzu Qars Ticarət və Sənaye Palatasının sədri Kadir Bozanın rəhbərliyi ilə keçirilən ikinci qiymətləndirmə iclasında müzakirə olunub Onlayn formatda keçirilən müzakirələrdə Qars hava limanının rəhbəri Oğuz Aydəmir, Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev, AZAL-ın nümayəndəsi Bekir Bıyıklı və Qars Turizm Assosiasiyasının prezidenti Halit Özer iştirak ediblər İclasda Bakı ilə Qars arasında birbaşa reyslərin açılması ilə bağlı texniki, əməliyyat və iqtisadi məsələlər hərtərəfli nəzərdən keçirilib Müzakirələr zamanı hər iki ölkədə təhsil alan tələbələrin nəqliyyat ehtiyaclarına xüsusi diqqət yetirilib. Bildirilib ki, birbaşa reyslərin açılması vaxta qənaət etməyə və nəqliyyat xərclərini azaltmağa imkan verəcək Qars Ticarət və Sənaye Palatasının sədri qeyd edib ki, reyslərin açılması qış turizmi və mədəni turizm sahəsində böyük potensiala malik Şərqi Anadolunun azərbaycanlı turistlər üçün daha əlçatan olmasına şərait yaradacaq Kadir Bozan vurğulayıb ki, Azərbaycanın paytaxtına birbaşa uçuşların həyata keçirilməsi iki qardaş ölkə arasında ticarət əlaqələrinin inkişafına, regional iqtisadi fəallığın artmasına və yeni əməkdaşlıq formalarının yaranmasına töhfə verəcək Məsələnin, həm də aviareyslərlə bağlı texniki-iqtisadi əsaslandırmalar çərçivəsində müzakirəsinin davam etdirilməsi qərara alınıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər

Latviyada “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir təşkil olunub
