Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq
Türkiyə və Azərbaycana dair iki böyük liderimizin bizə yol göstərən çox dəyərli fikirləri var. Bunlardan biri yüz il əvvəl Qazi Mustafa Kamal Atatürkün söylədiyi “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” sözləridir. Digəri isə Ümummilli Lider Heydər Əliyevin dillər əzbəri ol

Türkiyə və Azərbaycana dair iki böyük liderimizin bizə yol göstərən çox dəyərli fikirləri var. Bunlardan biri yüz il əvvəl Qazi Mustafa Kamal Atatürkün söylədiyi “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” sözləridir. Digəri isə Ümummilli Lider Heydər Əliyevin dillər əzbəri olan “Bir millət, iki dövlət” ifadəsidir. Siz bu torpaqlarda hansı sevinci yaşayırsınızsa, bilin ki, biz də eyni sevinci Türkiyədə yaşayır və onu sizinlə bölüşürük AZƏRTAC xəbər verir ki, bu fikirləri İzmir Yüksək Texnologiyalar İnstitutunun rektoru Yusuf Baran Bakı Dövlət Universitetinin (BDU) “Məzun günü”ndə deyib. O bildirib ki, tarix boyu Azərbaycan və Türkiyə sevinclərini də, ağrı-acılarını da birlikdə bölüşüb: “Qarabağın 30 illik işğalına son qoyan şanlı Zəfər zamanı necə bir yumruq kimi birləşdiksə, bundan sonra da Azərbaycan və Türkiyənin gələcəyini elm, təhsil, texnologiya, innovasiya və sahibkarlıq sahələrində birlikdə quracağıq. Azərbaycan və Türkiyə xalqlarının gözləntilərini, universitetlərin dəyişən rolunu və artan məsuliyyətlərini nəzərə alaraq, ölkələrimizin bu günü və gələcəyi naminə birlikdə çalışmağa davam edirik Artıq Qarabağı, Azərbaycanı və Türkiyəni təhsil, elm, texnologiya, iqtisadiyyat və digər sahələrdə daha da gücləndirmək zamanıdır” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


