Sİ-yə həsr olunmuş saqa - Telman Orucov yazır
(Əvvəli ötən cümə sayımızda) Yeni, əvvəllər məlum olmayan insan - maşın partnyorluğu meydana gəldi. İlk əvvəl, insan maşın üçün problemi və ya məqsədi müəyyən etdi. AlfaZeronun qələbəsindən sonra onun strategiyası və taktikaları insan iştirakına büründü, şahmat barədəki insan konsepsiyasını genişlə

(Əvvəli ötən cümə sayımızda) Yeni, əvvəllər məlum olmayan insan - maşın partnyorluğu meydana gəldi. İlk əvvəl, insan maşın üçün problemi və ya məqsədi müəyyən etdi. AlfaZeronun qələbəsindən sonra onun strategiyası və taktikaları insan iştirakına büründü, şahmat barədəki insan konsepsiyasını genişləndirdi. Birləşmiş Ştatların hava qüvvələri AlfaZeronun Sİ-yə əsaslanan yeni prinsiplərinə uyğunlaşdı Bəşəriyyət əsrlər boyu öz təcrübəsində hər şeyi daha da böyütmək üçün maşınlardan, avtomatdan və əl əməyini əvəz edən digər vasitələrdən istifadə etmişdir. Gündəlik həyatda indi Sİ bizim partnyorumuzdur, bizə nəyi yemək, nəyi etmək, nəyə inanmaq, haraya getmək, orada nəyi əldə etmək barədə qərar verməkdə köməklik göstərir. Zəruri qaydada o, insanları və onun yaşadığı ətraf mühiti dəyişəcəkdir. Çox sayda adamlar yaradıcılıqlarını Sİ tərəfindən böyütməyə qabil olduqca, onlar bu texnoloji vasitələri bəşəriyyət üçün artan dərəcədə seyr edilən edəcəkdir, bunlar özünü sosial, qanunçuluq, fəlsəfi, ruhi, mənəvi sahələrdə təhlükəli qaydada nazik olaraq göstərəcəkdir "Biz burada nəyi əldə edəcəyik?" sualına texnologiya və insan düşüncəsi cavab verəcəkdir. Hər bir cəmiyyət, özünün inkişaf yolunda reallığın təbiətinə daxil olmağa çalışmışdır. Hər bir tarixi epoxa reallıqdan, sosial, siyasi və iqtisadi sahələrin ona əsaslanmış qaydasından istifadə etmişdir. Qərbdə qədim Yunanıstan və Romada ağıla yüksək mərkəzi ehtiram bəslənilməsinə başlanılmışdı. Pifaqor və onun şagirdləri matematika ilə təbiətin daxili harmoniyaları arasındakı əlaqəni tədqiq etmişdi. Ptolomey coğrafiyada pionerlik etmişdi, Lukretsi "Əşyaların təbiəti haqqında"kı əsərində insan zəkasının kəşf etmə qabiliyyətinə malik olduğuna, mahiyyətcə inandığından danışır. Miletus qaydaları, tələb metodu qoymuşdu ki, o, indiki elmi metodla müqayisə oluna bilər və bütövlükdə həm də modern elm pionerlərini ilhamlandırmışdı Orta əsrlər ərzində Müqəddəs Tomas Akvinasın ilahiyyatı, Cefri Coserin poeziyası, Cottonun rəsm əsərləri və Marko Polonun Çində olması ilə əlaqədar tədqiqatları meydana gəldi. Lakin geniş proqresin olmaması ucundan bu yeniliklərdən istifadə olunmurdu XV və XVI əsrlərdə Qərb dünyası yeni epoxanı irəli sürən ekiz inqilabları yaşadı. Texnologiyanın köməyi ilə Protestant Reformasiyasının liderləri bəyan etdilər ki, indiyə qədər ilahiliyin müəyyən etdiklərinə, fərdlərin özləri qadirdirlər. Xristian dünyasını yarı bölməklə, Reformasiya kilsənin nəzarətindən asılı olmayan fərdi inancın mövcudluğunun mümkün sayılmasının qanuni olduğunu göstərdi. Bu əsrlər həm də sürətli proqresin şahidi oldu. Həmin dövrdə riyaziyyatda, astronomiyada və təbiət elmlərində heyrətamiz kəşflər meydana gəldi XVIII əsrdə tarixçi Eduard Gibbon bütpərəst ilahilərin hakim kəsildiyi dünyanı təsvir etmişdi. Onlar təbii fenomenin fundamental sehrliliklərini izah edənlər kimi özlərini təqdim edirdilər. Yeniləşən Yelisey sehrlərini alternativi kimi təklif edərək, o, ilahilərin zəmisindəki dramanı qələmə alınmışdı. Maarifçilik dünyası insan ağlını, onun nikbinliyi ilə birlikdə qiymətləndirdi. Elmi inqilablar, xüsusən XII əsrdə baş verənlər texnologiya və fəlsəfəni də əhatə etdi. Lakin hələ də Maarifçilik idrak dünyasında kök salmamışdı Qərbdə ilk dəfə Allahı tanımağı axtarırdılar, ikinci növbədə isə dünyanın özü gəlirdi. Dünya yalnız Allah vasitəsilə tanına bilərdi, ilahiyyat, təbii fenomenin fərdi təcrübəsini filtrindən keçirir və qaydaya qoyurdu. Lakin Qərb tədqiqatçıları öz təcrübələrini genişləndirirdilər. Yer kürəsi üzrə sivilizasiyanın üfüqləri tədricən böyüdü, artdı Yunan elminin və fəlsəfəsinin kəşfləri, təbii dünyanın yeni vurğulanan mexanizmlərə olan tələbatının yaranmasına ilhamlandırdı və bu o demək idi ki, onlar ölçülə və kataloqa salına bilərlər. Oxşar dəyişikliklər siyasət və dövlətçilik məkanında də baş verməyə başladı. Alimlər, qitə üzrə xristian birliyi qurulması ideyasının arxasındakı mütəşəkkil prinsiplərə əsaslanan sistemləri formalaşdırmağa cəsarət etdi. Xristian dünyası Papanın mənəvi egidası altında fəaliyyət göstərirdi. İtalyan diplomatı və filosofu Nikkolo Makiavelli özü klassika tərəfdarı olsa da, sübut edirdi ki, dövlət maraqları xristian mənəviyyatı ilə müqayisədə fərqlidir, cəzbedici olmasa da, rasional sayılanı tapmağa çalışır və həmin prinsiplərə əsasən fəaliyyət göstərir Gündəlik həyatda, Sİ isə bizim partnyorumuzdur, çox şeyləri bizə öyrədir. Lakin Sİ hansısa niyyətə, motivasiyaya, mənəviyyata və emosiyaya malik deyildir. Ancaq o, labüd qaydada, insanları və onların yaşadığı mühiti dəyişdirəcəkdir XVI və XVII əsrlərdə sürətli proqres getdi, riyaziyyatda, astronomiyada və təbiət elmlərində təəccüblü kəşflər baş verdi. Maarifçilik filosofları ağılın da, biliyin də güc, qüdrət olduğunu anladılar. Fransız filosofu Monteskye yazırdı ki, "Bizim könlümüz düşünmək, nəyəsə nail olmaq üçün yaranmışdır". Maariflənmiş dünya, öz nikbinliyi ilə birlikdə insan ağlını daha geniş şəkildə qiymətləndirdi İnformasiya mətn halına salınanda o, biliyə çevrilirdi. Rəqəmsal dünya müdriklik üçün kiçik dözümlülüyə (gözləməyə) malikdir, onun dəyərləri, heç də özünü analiz etməklə deyil, bəyənilməsi ilə ölçülür. Sİ-ni tətbiqi, cümləni yekunlaşdırmaqla mətnə çevrilir. Bizim ağlımızın ənənəvi şəkildəki rolu, ölçüsü və qaydası isə dəyişərək, bizim seçimlərimizə və hərəkətlərimizə yüksəlir 1943-cü ildə axtarışlar ilk modern kompüteri - o, elektron, rəqəmsal və proqram xarakterli idi, - yaratdı. Bu nailiyyət həm də mübahisələrə səbəb olan suallar meydana gətirdi. Suallardan biri yeni kəşfin nəyə qadir olduğunu araşdırmaq məqsədini güdürdü: "Maşınlar düşünə bilərmi? Onlar intellektdirmi? Onlar intellektə çevrilə bilərlərmi?" Onun ixtiraçısı Alan Tyurinq belə mövqedən çıxış etdi ki, o, hazır mexanizm deyildir, ancaq intellektin manifestidir. 1956-cı ildə kompüter alimi Con Makkarti süni intellekti daha uzağa gedən qaydada müəyyən etməklə deyirdi ki, "maşınlar insan intellektinə xas olan vəzifəni icra etməyi bacarırlar". Yuxarıda qeyd edildiyi kimi, AlfaZero insan intellektini də üstələməyi bacardı və dünya şahmatında görünməmiş inqilab əmələ gətirdi Bəşəriyyət daim ona kömək göstərəni arzu etmişdir, elə maşın icad edilsin ki, tapşırıqları insan qabiliyyəti şəklində icra etməyə qadir olsun. Yunan mifologiyasında ilahi dəmirçi Hefest (o, ilahə Afroditanın əri idi) bürünc Talos kimi insan əməliyyatlarını icra etməyə qadir olan robotları döyüb düzəltmişdi. XX əsrdə isə mifdə irəli sürülənlər sənaye praktikasında öz canlı iştirakını tapdı. Elmi və texnoloji inkişaf olduqca böyük sürət götürdü, sonra daha görkəmli proqres baş verdi. 2000-ci illərdə vizual obyektin sahəsindəki Sİ-nin proqramlaşdırılması inkişaf edib, yeni səviyyəyə çatdığı vaxt, artıq bu yeni inqilabi sahə tanındı. Alqoritmi öyrənən maşın yeni modeli daha da yaxşılaşdırdı Sİ, öyrənilməni gücləndirmək sahəsində heç də passiv deyildir. Sİ yüz, min, milyon dəfələrlə hesablamanı icra etməklə, bir saat və gün ərzindəki zaman daxilində özünü sınaya bilər. Bu az sayda qurulmuş bloklardan isə miriad sayda tətbiq vasitələri yüksəldi. Sİ yüksək həcmli prosesləri həll etməyi bacarmaq səviyyəsinə çatdı Bibliyada Babil qülləsi əhvalatı təsvir olunur, buna görə insanlar cəzalandırılmışdı, ayrı-ayrı dillərdə danışmağa başladıqlarına görə bir-birlərini başa düşmürdülər. İndi belə görünür ki, Sİ özünü həm də qüdrətli tərcüməçilik qabiliyyətinə malik olan bir vasitə kimi göstərir və bütün xalqları bir-birini başa düşməyə öyrədir. 1990-cı illərdə axtarılan qaydalara əsaslanmaqla, xarici dildən edilən tərcümə irəliyə doğru sıçrayış etdi Lakin Sİ öz kəşflərinə münasibət göstərə bilmir. Sİ heç öz hərəkətlərinin əhəmiyyətini də qiymətləndirə bilmir. Maşın öyrənən alqoritmlərin irəli getməsi, məlumatların və kompüter gücünün yüksəlməsi ilə birləşir. Sİ-nin və maşının öyrənilməsinə məxsus çox sayda aspektlərin hələ də inkişaf etdirilməsinə və başa düşülməsinə ehtiyac duyulur. Sİ-nin proqresi ən azı kompüter gücünün sürətlə böyüməsinə kömək edəcəkdir, son 15-20 il ərzində bu, milyon dəfə böyümüşdür. Belə proqres isə hətta əsəb sistemi şəklindəki şəbəkəni yaratmağa imkan verəcəkdir ki, bu da öz ölçüsündə insan beyninə bərabər olacaqdır Sİ-nin dar ölçülü və ya ümumi olması, onun üstün mövqeyə malik olmasından və qüdrətliliyindən asılı olacaqdır. Sİ, bizim həyatımızı və gələcəyimizi transformasiya edəcəkdir. Ona, həm potensial faydaya malik olduğuna və həm də potensial risklərə səbəb olduğuna görə xüsusi diqqət vermək lazımdır Ən əhəmiyyətli şəbəkə proqramları Birləşmiş Ştatlarda (Quql, Feysbuk, Yuber) və ya Çində (Bandu, BizDanışırıq, Didi Çuxinq) yaradılmışdır. Diplomatik xarici siyasət hesablamalarına da yeni, əvvəllər məlum olmayan faktlar daxil etmişdir Şəbəkə platformaları özünəməxsus iri ölçülü fenomendir. Misal üçün, Feysbuk (digər sosial şəbəkələr kimi) xüsusi icma standartlarından artan şəkildə inkişaf etmişdir. Buna bənzər bir qaydada, Sİ Quqlun axtarış maşınında mühüm rol oynamışdır, ancaq bu rol oxşar qaydada mövcud olmuşdur və sürətlə inkişaf etmişdir. Bu misallar göstərir ki, aparıcı şəbəkə platformaları, artan qaydada Sİ-nin paylaşma xidmətindən asılı olmuşdur, sifarişçinin gözlədiklərini icra etmişdir və müxtəlif hökumət tələbləri ilə qarşılaşmışdır. Rəqəmsal dünya bizim gündəlik həyat təcrübəmizi transformasiyaya uğratmışdır. Sİ qabiliyyətli şəbəkə platformaları bu inteqrasiya prosesində böyümüşdür, fərdi və bizim rəqəmsal texnologiya əlaqələrindən asılı olmuşdur. Sİ vasitəsilə, intuisiyaya və insan suallarına və məqsədlərinə ünvanlanan işlər layihələndirilmiş və məşq etdirilmişdir. Eyni zamanda Sİ şəbəkə platformaları insana məxsus olmayan məntiqin arxasınca getmiş, insanların hadisələrə çox yollarla nüfuz etməsinə köməklik göstərmişdir. İstifadə edənlər, Sİ qabiliyyətli şəbəkə platformalarını, əməliyyat üçün kömək göstərənlərə çevirəndə, onlar həm də informasiyaları yığmaqdan və distillə etməkdən fayda götürür, bunu isə heç bir əvvəlki nəsil təcrübədən keçirməmişdi Şəbəkə platformaları böyüyür və inkişaf edirdi, bəzisi təsadüfi qaydada coşqun fəallıq göstərir və cəmiyyətin bölmələri onların prinsipial diqqətindən arxada qalırdı. Bu bir faktdır ki, Sİ öz proseslərinə uyğun bir qaydada əməliyyat aparır, bu da insanın psixiki proseslərindən fərqli olmaqla yanaşı, bir çox hallarda tez həyata keçən olmaqla yanaşı, həm də digər bir mürəkkəbliyi də ona əlavə edir Bu prosesə hər bir hökumət yanaşması - bu, qoy məhdudlaşdırmaq, nəzarət və ya ona icazə verməkdən ibarət olsun, hökmən seçimlərdə və mühakimələrin dəyərində özünü ifadə edir Milli sərhədlər uzun müddət ərzində yeni ideyaların və meyillərin yayılmasına, nüfuz etmə qabiliyyətinə təsir göstərirdi, lakin heç vaxt, indi mövcud olan bu ölçüdə təsir göstərə bilmirdi. Açıq cəmiyyət Sİ qabiliyyətli şəbəkə platformalarına əsaslanan məmnunedici cəhətləri yaradanda, dəyişdirəndə və süzgəcdən keçirəndə, onları milli və region sərhədlərindən aşırırdı. Cəmiyyətlər ideyaların sərbəst dəyişdirilməsinə adət etmək üçün, çətin sayılan fundamental müzakirələr aparırdı. Beynəlxalq siyasi və tənzimedici müzakirələr Tik-Tokda, Sİ-qabiliyyətli şəbəkə platformasında gedirdi ki, elə şərait yaransın ki, bir millətdə Sİ inkişaf edəndə, ondan digər ölkələrin vətəndaşları da istifadə edə bilsin. Çox sayda millətlər digər ölkələrdə layihələşdirilən və istifadə edilən şəbəkə platformalarına əsaslanırlar. Onlar həm də digər ölkələrin irəli çıxmaq üçün davam edən tənzimləmələrindən asılı olaraq qalırlar


