Türk dünyası uşaq ədəbiyyatı yazarı Yücəl Feyzioğlu Şərqşünaslıq İnstitutunda olub
Mayın 8-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Almaniya Türk Yazıçılar Birliyinin sədri, Türk dünyası uşaq ədəbiyyatı yazarı Yücəl Feyzioğlu ilə görüş keçirilib Yazıçı əvvəlcə AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva ilə

Mayın 8-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Almaniya Türk Yazıçılar Birliyinin sədri, Türk dünyası uşaq ədəbiyyatı yazarı Yücəl Feyzioğlu ilə görüş keçirilib Yazıçı əvvəlcə AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva ilə görüşüb. Akademik G.Baxşəliyeva qonağa institutda türkologiya sahəsində görülən işlər barədə məlumat verib, xüsusilə də türk şair və yazıçıların yaradıcılıqlarının, türk xalq ədəbiyyatının tədqiqi sahəsində aparılan araşdırmalardan, nəşr olunan kitablardan bəhs edib. Y.Feyzioğlu şərqşünas alimlərin türkoloji tədqiqatları haqqında öyrəndiklərindən çox məmnun qaldığını bildirərək, institutda bu sahədə görülən işləri çox yüksək dəyərləndirib Sonra Y.Feyzioğlunun Şərqşünaslıq İnstitutunun əməkdaşları ilə görüşü keçirilib. Görüşdə Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Səriyyə Gündoğdu institut əməkdaşlarına türk yazıçının yaradıcılığı barədə ətraflı məlumat verib Y.Feyzioğlu şərqşünas alimlərlə keçirilən görüşdə xalq nağıllarının gənc nəslin formalaşmasındakı rolundan danışıb. O, çıxışı zamanı türk xalq nağıllarının uşaqlara və yeniyetmələrə aşıladığı mənəvi dəyərlərin əhəmiyyətini xüsusi vurğulayıb Yazıçının sözlərinə görə, xalq nağılları əsrlər boyu cəmiyyətin mənəvi yaddaşını qoruyaraq, gənclərdə xeyirxahlıq, dürüstlük, ədalət, mərhəmət və vətənə bağlılıq kimi keyfiyyətlərin formalaşmasına mühüm təsir göstərib. O bildirib ki, nağıllar yalnız folklor nümunəsi deyil, həm də güclü tərbiyəvi və pedaqoji vasitədir Görüş zamanı Yücel Feyzioğlu müasir dövrdə süni intellekt texnologiyalarının gənclərin həyatındakı roluna da toxunub. O qeyd edib ki, süni intellektdən düzgün və məqsədyönlü istifadə olunduğu halda, bu texnologiyalar gənclərin bilik və dünyagörüşünün inkişafına, təhsildə yeni imkanların yaranmasına mühüm töhfə verə bilər Daha sonra yazıçı Şərqşünaslıq İnstitutunun əməkdaşlarının suallarını cavablandırıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


