Pakistanda üçüncü cəhd
Vaşinqton və Tehran arasında danışıqların yeni mərhələsi gələn həftə İslamabadda keçirilə bilər. Bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən yazır Qeyd olunur ki, ABŞ və İran vasitəçilər ilə anlaşma memorandumunun hazırlanması üzərində işləyir və bu memorandum bir ay ərzində müha

Vaşinqton və Tehran arasında danışıqların yeni mərhələsi gələn həftə İslamabadda keçirilə bilər. Bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən yazır Qeyd olunur ki, ABŞ və İran vasitəçilər ilə anlaşma memorandumunun hazırlanması üzərində işləyir və bu memorandum bir ay ərzində müharibəyə son qoymaq üçün danışıqların şərtlərini müəyyən edəcək. Qəzet yazır ki, danışıqlar gələn həftə İslamabadda bərpa oluna bilər Nəşr yazır ki, tərəflər irəliləyişə nail ola bilsələr, ilkin bir aylıq müddət qarşılıqlı razılaşma əsasında uzadıla bilər Cümə günü Səudiyyə Ərəbistanının Əl-Ərəbiyyə telekanalı diplomatik mənbəyə istinadən xəbər verib ki, Pakistanın vasitəçiliyi ilə keçirilən məsləhətləşmələrdə iştirakçılar “müharibəyə son qoymaq, Hörmüz boğazını açmaq və İslam Respublikasının Birləşmiş Ştatların blokadasını yüngülləşdirmək üçün anlaşma memorandumuna” yönəliblər. Eyni zamanda, telekanalın mənbəsi qeyd edib ki, “danışıqlar prosesi çətindir, maneələr hələ də qalmaqdadır” 2026-cı ilin aprelində Pakistanın vasitəçiliyi ilə İslamabadda ABŞ və İran arasında münaqişənin həllinə yönəlmiş danışıqlar keçirilib. Dolayı danışıqlar aprelin 11-12-də baş tutub, Pakistan ABŞ və İran nümayəndə heyətləri arasında vasitəçi kimi çıxış edib. Dialoqda yüksək gərginlik olduğu bildirilib. Aprelin sonunda ikinci tur baş tutdu və o, faktiki olaraq nəticəsiz başa çatdı


