Tramp: Rusiya İrandakı yox, Ukraynadakı böhranın nizamlanması üzərində işləməlidir
ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun üçün Moskvanın İran böhranının deyil, Rusiya-Ukrayna münaqişəsinin həlli ilə məşğul olması daha vacibdir "Report" xəbər verir ki, Tramp bu barədə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığının yekunlarına dair Ağ evdə jurnalistlərə deyib Tramp

ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun üçün Moskvanın İran böhranının deyil, Rusiya-Ukrayna münaqişəsinin həlli ilə məşğul olması daha vacibdir "Report" xəbər verir ki, Tramp bu barədə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığının yekunlarına dair Ağ evdə jurnalistlərə deyib Tramp rusiyalı həmkarı ilə söhbətinin yaxşı keçdiyini deyib və qeyd edib ki, Rusiya ilə Ukrayna arasındakı münaqişənin tezliklə həllini tapmaq mümkün olacaq "Bizim çox yaxşı söhbətimiz oldu... Düşünürəm ki, biz nisbətən tezliklə həll yolu tapacağıq. Mən buna ümid edirəm. O (Putin - red.) mənə dedi ki, uranın zənginləşdirilməsi məsələsində kömək etmək istəyir. Mən cavab verdim ki, Rusiyanın Ukraynadakı müharibənin başa çatdırılmasına cəlb olunmasına üstünlük verərdim. Bu mənim üçün daha vacib olardı", - Vaşinqton administrasiyasının rəhbəri bildirib Bununla belə, Tramp qeyd edib ki, ABŞ və Avropa ölkələri arasında Ukrayna ilə bağlı fikir ayrılıqları qalmaqdadır "Bu, NATO-dan daha çox Avropa ölkələrinə aiddir", - o dəqiqləşdirib və əlavə edib ki, Ukrayna və İrandakı münaqişələr təxminən eyni vaxtda başa çata bilər Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir
Diğer Haberler

Beylikdüzü Bələdiyyə Başçısı Murat Çalığın həbsxanada yeni fotosu paylaşılıb

İstanbul Respublika Baş prokurorunun müavini Osman Sağlamdan mərc araşdırması ilə bağlı açıqlama: Liqalar bitdikdən sonra əməliyyatlar sürətlə davam edəcək | T24
