Tenqri
Ana Səhifə
Dünya

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar bəlli olub

Bu ilin may ayında Azərbaycanda ən çox meyvə bahalaşıb, tərəvəzlər isə ucuzlaşıb 525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ay meyvələrin qiyməti əvvəlki ayla müqayisədə 1% artıb Bununla yanaşı, mineral sular, sərinləşdirici içkilər və şirələr 0,8%, ət və ət məhsulları 0,5%

0 baxış525.az
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar bəlli olub
Paylaş:

Bu ilin may ayında Azərbaycanda ən çox meyvə bahalaşıb, tərəvəzlər isə ucuzlaşıb 525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ay meyvələrin qiyməti əvvəlki ayla müqayisədə 1% artıb Bununla yanaşı, mineral sular, sərinləşdirici içkilər və şirələr 0,8%, ət və ət məhsulları 0,5% bahalaşıb. Digər məhsul qruplarından süd və süd məhsulları, kərə və bitki yağları, qənd, cem, bal, şokolad və konfetlər üzrə qiymətlər 0,4% artıb. Çörək, çörək məmulatları və yarmalar, eləcə də alkoqollu içkilər isə 0,2% bahalaşıb Hesabat ayında ən çox ucuzlaşma tərəvəzərin qiymətində qeydə alınıb. Belə ki, may ayında tərəvəzlərin qiyməti aprel ayı ilə müqayisədə 3,1% azalıb. Yumurta 1,8%, balıq və balıq məhsulları isə 0,4% ucuzlaşıb. Tütün məmulatlarının qiymətləri isə ötən ay dəyişməz olaraq qalıb Qeyd edək ki, cari ilin may ayında illik inflyasiya 5,6%, aylıq inflyasiya isə 0,1% təşkil edib

Kaynak: 525.az

Diğer Haberler