“Telegraph”: ABŞ Mavrikidən Çaqos arxipelaqını almağı nəzərdən keçirir
ABŞ Prezidenti Donald Trampın administrasiyası Hind okeanında yerləşən Çaqos arxipelaqını Mavrikidən satın almaq imkanını nəzərdən keçirir AZƏRTAC xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti mənbələrə istinadla məlumat yayıb Nəşrin yazdığına görə, Vaşinqton bölgədə Çinin təsirinin artma

ABŞ Prezidenti Donald Trampın administrasiyası Hind okeanında yerləşən Çaqos arxipelaqını Mavrikidən satın almaq imkanını nəzərdən keçirir AZƏRTAC xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti mənbələrə istinadla məlumat yayıb Nəşrin yazdığına görə, Vaşinqton bölgədə Çinin təsirinin artmasının qarşısını almaq və Dieqo Qarsiya adasında yerləşən ABŞ-Böyük Britaniya hərbi bazası üzərində nəzarəti qorumaq istəyir 2025-ci ildə Böyük Britaniya və Mavriki Çaqos arxipelaqı üzərində suverenliyin Mavrikiyə verilməsini nəzərdə tutan saziş imzalayıblar. Sazişə əsasən, Dieqo Qarsiyadakı hərbi baza 99 il müddətində fəaliyyətini davam etdirəcək Çaqos 1965-ci ildə Mavrikidən ayrılıb və Böyük Britaniyanın nəzarətində qalıb. 2019-cu ildə Beynəlxalq Ədalət Məhkəməsi arxipelaqın Mavrikiyə qaytarılması ilə bağlı məsləhət xarakterli rəy verərək bu ölkənin mövqeyini dəstəkləyib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


