Tenqri
Ana Səhifə
Dünya

TDT-nin Dövlət başçılarının növbəti qeyri-rəsmi Zirvə görüşü Qazaxıstanda təşkil olunacaq

Mayın 15-də Qazaxıstanın Türkistan vilayətində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək Məlumatda qeyd edilib ki, Qazaxıstanın ev sahibliyi ilə keçiriləcək görüş “Süni intellekt və rəqəmsal inkişaf” mövzusunu əhatə edəcək Təşkilata üzv və müşahidə

0 baxışazertag.az
TDT-nin Dövlət başçılarının növbəti qeyri-rəsmi Zirvə görüşü Qazaxıstanda təşkil olunacaq
Paylaş:

Mayın 15-də Qazaxıstanın Türkistan vilayətində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək Məlumatda qeyd edilib ki, Qazaxıstanın ev sahibliyi ilə keçiriləcək görüş “Süni intellekt və rəqəmsal inkişaf” mövzusunu əhatə edəcək Təşkilata üzv və müşahidəçi ölkələrin dövlət və hökumət başçılarını, eləcə də TDT-nin baş katibini bir araya gətirəcək görüş sürətlə inkişaf edən rəqəmsal dövrdə əməkdaşlığın prioritet istiqamətlərinin müzakirəsi üçün mühüm platforma olacaq. Zirvə görüşündə, həmçinin təşkilatın Ağsaqqallar Şurası və türk əməkdaşlıq təşkilatlarının üzvləri də iştirak edəcəklər Qeyri-rəsmi toplantı, süni intellekt, rəqəmsal innovasiya və yeni yaranan texnologiyaların transformasiyaedici potensialından istifadə etməklə dayanıqlı iqtisadi artımın təşviqi, dövlət xidmətlərinin təkmilləşdirilməsi və regional əlaqəliliyin gücləndirilməsi istiqamətində türkdilli dövlətlər arasında strateji dialoqun inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir Rəsmi proqram çərçivəsində Dövlət Başçıları Şurasının iclasından əvvəl TDT Xarici İşlər Nazirləri Şurasının toplantısı da keçiriləcək “Zirvənin Türk dünyasının mənəvi paytaxtı Türkistanda keçirilməsi türk xalqlarının ortaq tarixi irsi ilə dinamik və rəqəmsal baxımdan gücləndirilmiş gələcəyin qurulması istiqamətində ortaq baxışın güclü simvolu kimi çıxış edir. Zirvənin türk dövlətləri arasında birlik, həmrəylik və nəticəyönümlü əməkdaşlığı daha da gücləndirəcəyi gözlənilir”, - məlumatda bildirilir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler